https://doi.org/10.36719/2663-4619/112/119-125
Şahnaz Qədimova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
https://orcid.org/0009-0008-4399-6967
kadimovashahnaz01@gmail.com
Parabolik tip tənliklər üçün sərhəd məsələsinin düz xətlər və
şəbəkə üsulu ilə həlli
Xülasə
Məqalədə parabolik tip tənliklər üçün sərhəd məsələsinin düz xətlər üsulu ilə həlli üçün alqoritm təsvir edilmişdir. Koordinat üzrə şəbəkənin daxil edilməsi, başlanğıc və sərhəd şərtlərində iştirak edən funksiyalar əsasında şəbəkə funksiyaları ilə bağlı matris tənliyi qurulmuşdur. İşin mənfəəti, matris tənliyindən istifadə etməklə şəbəkə funksiyaları ilə bağlı adi tənliklərə keçidi təmin edən fundamentallı və diaqonal matrislərin formalaşdırılmasıdır. Axtarılan və yeni yaradılmış funksiyalar arasında birbaşa və tərs keçidin düstürları təqdim edilmişdir. Əldə olunan adi differensial tənliklər dəqiq və yaxud yaxınlaşdırılmış həll üsulları ilə həll oluna bilər. Nəticələr, qarışıq sərhəd şərtləri altında parabolik, elliptik və hiperbolik tipli tənliklərin bir və çoxhissəli həlli zamanı faydalıdır.
Açar sözlər: düz xətt üsulu, differensial tənliklər, sərhəd şərtləri, yaxınlaşdırma, alqoritm, hesablama eksperimentləri