Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/43/122-129

Tahir Məmmədov

Gəncə Dövlət Universiteti

riyaziyyat üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0002-9546-3683

tahir.mammadov@gdu.edu.az

Elçin Cavadov

Gəncə Dövlət Universiteti

texnika üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0002-8868-9617

elcin.cavadov@gdu.edu.az

Təranə Verdiyeva

Gəncə Dövlət Universiteti

texnika üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0009-8595-2644

tarana.verdiyeva@gdu.edu.az

Gülçin Qarayeva

Gəncə Dövlət Universiteti

dissertant

https://orcid.org/0009-0005-8059-7453

gulcin.qarayeva@gdu.edu.az

 

Pazla normal zərbə zamanı özlü elastik sapın büzüşməsi məsələsi

 

Xülasə

Məqalədə xətti özlü elastik sapa pazla eninə zərbə məsələsi araşdırılmışdır. Məsələ səs sürətindən böyük rejimdə tədqiq olunur, həmçinin sapın gərginlik vəziyyəti, onun qırılana qədər və qırılmadan sonrakı vəziyyəti tədqiq olunmuşdur. Özlü elastik sap zərbədən sonra zərbə nöqtəsində qırılarsa, sap vuran cismin səthi boyu bürüşür, yəni qırılma nöqtəsindən dönmə nöqtəsinə qədər olan oblastda özlü elastik sapın bürüşmə formasında olması aydınlaşdırılmışdır.

Tədqiqatlar göstərmişdir ki, özlü elastik sapın “qırışma” cəbhəsinin sürəti uyğun xətti elastik sapın “qırışma” cəbhəsinin sürətindən kiçikdir. Bu isə o deməkdir ki, xətti özlü elastik sapda “qırışma” oblastının uzunluğu uyğun xətti elastik sapdakı “qırışma” oblastının uzunluğundan böyükdür. Həmçinin müəyyən olunmuşdur ki, özlü elastik sapda kəskin kəsilmə dalğasının sürəti, xətti elastik sapdakı kəskin kəsilmə dalğasının sürətindən kiçikdir. Yəni, özlülük xüsusiyyəti dalğanın sürətini tormozlandırır. Kəskin kəsilmə dalğası cəbhəsində “qırışma” yaranan hal üçün məsələnin analitik həlli tapılır. Burada elastik dalğaların görüşməsi, elastik dalğanın vuran pazın tini ilə təsirindən, elastik dalğanın düzəlmə-qırışma sərhəddi ilə görüşməsi nəticəsində yeni oblastların yaranması məsələsi də tədqiq olunmuşdur.

Açar sözlər: paz, qırılma, çevik sap, eninə zərbə, səs sürətindən böyük  rejim, özlü elastik sap


Baxış: 105