Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/57/27-32

Nizami Əkbərov

Azərbaycan Dövlət Pedaqoji Universiteti

kimya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0005-4611-8754

 nizamiakbarov60@gmail.com

Gülzar Şadlinskaya

Azərbaycan Dövlət Pedaqoji Universiteti

kimya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0008-8358-5599

shadligulzar@yandex.ru

 

Pedaqoji universitetlərdə qeyri-üzvi kimya fənninin  tədrisində müasir  təsəvvürlər

 

Xülasə

 

Bu məqalə pedaqoji universitetlərdə Qeyri-üzvi kimya fənninin  müasir  səviyyədə və müasir təsəvvürlərlə tədrisinə və daha keyfiyyətli təhsilə nail olmaq üçün kimya elminin bu sahəsinin tədrisi prosesinə  verilən tələblərə həsr edilmişdir. Qeyd olunmuşdur ki, Qeyri-üzvi kimyanın Ümumi kimya ilə əlaqəli öyrənilməsi, mövzuların sistemli şəkildə, fəndaxili və mövzulararası əlaqələrin tətbiqi fonunda tədrisi təhsilin keyfiyyətinə müsbət təsir edir. Müasir təhsil mühitində getdikcə daha çox əhəmiyyət kəsb edən mühazirənin sistemli şəkildə olması və onun yaratdığı müsbət rolu məqalədə daha aydınlıqla vurğulanmışdır. Həmçinin, qeyd edilir ki, tədris materialının seçilmə prinsipi - öyrənilən anlayışların, hadisələrin və xüsusiyyətlərin daxili qarşılıqlı əlaqələrinə, eləcə də tələbələrin  inkişaf etdirilən bacarıq və qabiliyyətlərinə əsaslanaraq təklif olunur. Mühazirələrin aparılması üçün pedaqoji texnologiya hazırlanmalıdır ki, bu da mövzunun başa düşülməsini təmin edər, sübutlara əsaslanan və təhsil xarakterli mühazirə mətninin təqdimat formasını və tələbələrin qeyri-üzvi kimya üzrə öz “orijinal” dərsliklərini yazmasını əhatə edə bilər. Beləliklə, öz “dərsliyini” yaratmaq tələbələrin bütün intellektual resurslarından istifadə edərək, müstəqil, gündəlik, aktiv işini stimullaşdırır. Eyni zamanda, fərdin məntiqi düşüncə aparatı inkişaf edir, idrakın davamlı zəncirində zəruri bir halqa yaranır. Nəticə etibarilə, bilik - neyron şəbəkəsi kimi fəaliyyət göstərməyə başlayır ki, bu da mahiyyət etibarilə, düzgün təşkil olunmuş təhsil fəaliyyətlərinin nəticəsi kimi qəbul olunmalıdır.

Açar sözlər: mühazirə, anlayış, orijinal “dərslik”, pedaqoji texnologiya, fəndaxili əlaqələr, tədris metodları, informasiya texnologiyaları.

 

 


Baxış: 1