Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/48/86-89

İradə İsgəndərova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

magistrant

https://orcid.org/0009-0009-6764-5982

aradi3360@gmail.com

 

Pedaqoji ünsiyyət – müəllim-şagird münasibətlərində səmərəli qarşılıqlı əlaqənin əsası kimi

 

Xülasə

 

İnsanlar arasında qarşılıqlı münasibətlərin ifadəsi ünsiyyət adlanır. İnsanlararası digər münasi-bətlərin təməli məhz ünsiyyətlə başlayır. İnsanın həm şəxsi, həm peşəkar həyatında mühüm rol oynayan ünsiyyətin, daha dəqiq, ailədən başlayan ünsiyyət bacarıqlarının əsası məktəbdə qoyulur. Dinləmə, dinlədiyinə münasibət bildirmək, empatiya qurmaq, mimikadan, jestlərdən yerində istifa¬də etmək, həmçinin ünsiyyətdə səbr, təmkin kimi bacarıqlara uşaqlar ibtidai siniflərdən müəllim-şa¬gird münasibətlərində yiyələnirlər. 

Müəllim-şagird ünsiyyəti peşə ünsiyyəti olaraq pedaqoji ünsiyyət adlanır.  Pedaqoji ünsiyyətdə müəllim şagirdlə sadəcə dialoqa girmir, onun fərdi-idraki, emosional, motivasiyaedici qabiliyyət¬lərini inkişaf etdirir. Pedaqoji ünsiyyət səmərəli, effektiv qurularsa, şagirdin qabiliyyətləri üzə çıxar, düzgün, səlis, aydın nitq vərdişlərinə yiyələnmiş olar.

Müəllim-şagird pedaqoji ünsiyyətində müəllim subyekt, idarəolunan kimi çıxış etsə də,  fərdi ünsiyyət üslubu, mövqeyi, yanaşma tərzinə görə bəzən şagirdlə bərabər mərtəbədə dayanır; avtoritar rəhbərlik üslubuna malik müəllimlər şagirdlə obyekt kimi davranırdılarsa, müasir təlimdə müəlli¬min fəaliyyəti subyekt-subyekt müstəvisində qərarlaşırlar. Müəllim-şagird münasibət¬lərində uğurlu pedaqoji ünsiyyət  isə təlim-tərbiyə prosesinin açarı sayılır.

Açar sözlər: ünsiyyət, pedaqoji ünsiyyət, müəllim, şagird, nitq qabiliyyəti, motivasiya


Baxış: 411