DOI: https://doi.org/10.36719/2789-6919/45/271-273
Kənan Seyfullazadə
Azərbaycan Texniki Universiteti
magistrant
https://orcid.org/0009-0005-3523-8195
seyfullayevkenan02@gmail.com
Pərakəndə sektorda böyük məlumat təcrübələrinin tədqiqi
Xülasə
Bu məqalədə müasir pərakəndə sektorunda böyük məlumat (Big Data) texnologiyalarının rolu və tətbiq sahələri araşdırılır. Məqalədə böyük məlumat anlayışının əsas xüsusiyyətləri və bu texnologiyanın müştəri davranışlarının analizi, tələb proqnozlaşdırılması, dinamik qiymət təyin olunması, fərdiləşdirilmiş marketinq və fırıldaqçılığın aşkarlanması kimi sahələrdə istifadəsi təhlil olunur. Amazon, Walmart və Zara kimi qabaqcıl şirkətlərin böyük məlumatdan istifadə təcrübələri misal olaraq təqdim edilir. Eyni zamanda, bu texnologiyaların tətbiqində qarşıya çıxan çətinliklər və risklər, o cümlədən məlumatların keyfiyyəti, məxfiliyin qorunması və texniki infrastruktur ehtiyacları da nəzərdən keçirilmişdir. Nəticə etibarilə, böyük məlumat texnologiyalarının pərakəndə sektorda rəqabət üstünlüyü yaratmaq və daha çevik qərarlar vermək baxımından mühüm alət olduğu qənaətinə gəlinir.
Açar sözlər: Böyük məlumat, pərakəndə sektor, müştəri davranışı, analitika, məlumat təhlükəsizliyi, fərdiləşdirilmiş marketinq, stok idarəçiliyi, tələb proqnozlaşdırılması, dinamik qiymət strategiyası