Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Podzollu-sarı torpaqlarda suvarma intensivliyinin çay plantasiyalarında makroelementlərin mütəhərrik formalarının mövsümi dinamikasına təsiri

 

Namiq Əsgərov1* , Afiəddin Mirzəyev1

 

Xülasə. Tədqiqatın məqsədi Lənkəran iqlim zonasında çay bitkisi altında yerləşən eroziyaya uğramamış və orta dərəcədə deqradasiyaya uğramış podzollu-qleyli-sarı torpaqlarda mineral gübrələr (N₁₈₀P₁₂₀K₉₀), yerli Lənkəran kompostu (20 t/ha) və vegetasiya dövründə müxtəlif sayda suvarma (5, 7, 9 dəfə) kombinasiyasının torpağın humus vəziyyətinə, azot, fosfor və kaliumun mütəhərrik formalarının profil üzrə paylanmasına təsirini əsaslandırmaq olmuşdur. Təcrübə iki faktorlu sxem üzrə, 4 bioloji təkrarlıqla aparılmışdır: I faktor – torpağın deqradasiya dərəcəsi (eroziyaya uğramamış və orta dərəcədə deqradasiyaya uğramış); II faktor – gübrə-suvarma rejimi (nəzarət, mineral-üzvi fon, fon + 5/7/9 suvarma). Torpaq nümunələri vegetasiya kulminasiyası dövründə 0–20 sm və 20–40 sm qatlardan götürülmüş, humus, nitrat (N-NO₃), ammonium (N-NH₄), mütəhərrik fosfor (P₂O₅) və mübadilə olunan kalium (K₂O) müəyyən edilmişdir. Lənkəran zonasının çay plantasiyaları altında olan podzollu-qleyli torpaqlarında münbitliyin bərpası və məhsuldarlığın artırılması üçün N₁₈₀P₁₂₀K₉₀ + kompost (20 t/ha) fonunda vegetasiya dövründə 7 dəfə suvarma optimal aqrotexniki həll kimi tövsiyə olunur. Bu rejim humus ehtiyatının bərpası, qida elementlərinin bioloji əlçatanlığının təmin edilməsi və su resurslarından səmərəli istifadə arasında tarazlıq yaradır.

 

Açar sözlər: podzollu-qleyli torpaqlar, deqradasiya, çay plantasiyası, mineral gübrələr, Lənkəran kompostu, vegetasiya suvarması, humus, mütəhərrik qida elementləri, Lənkəran zonası

 

 


Baxış: 2