https://doi.org/10.36719/2706-6185/42/7-10
Sədaqət Həsənova
Naxçıvan Dövlət Universiteti
filologiya elmləri doktoru
https://orcid.org/0009-0002-9996-6229
Poetik dildə dialektlərə münasibət
Xülasə
Məlumdur ki, ümumxalq dili ilə yazılı ədəbi dil arasında həmişə onları bir-birindən ayıran əlamətlər olmuşdur. Dövr və ictimai-siyasi səbəblərdən asılı olaraq, həmin cəhətlər kəmiyyəti və keyfiyyəti ilə fərqlənmişdir. Ədəbi dilə əsas materialı xalq dili versə də, bütün zamanlarda onlar arasında ayrıntılar az və ya çox dərəcədə özünü göstərmişdir. Bu məsələdə ən gözəl və dəyərli iş yazılı ədəbi dili xalq dilinə yaxınlaşdırmaq və ya əksinə, şifahi danışığı yazılı ədəbi dilə gətirməkdir. Bu mənada, söz sənətkarları ümumxalq dili ilə yazılı dil arasındakı məsafənin azalması prosesində müəyyən qədər rol oynamışdır. Sözsüz ki, bu prosesdə dialektlərin üslub məqamları maraqlı və əhəmiyyətlidir. Hazırda Azırbaycan dilində başqa dillərdən alınmış sözlərin sayı durmadan artır. Təəssüf ki, sovet dönəmindəki rus mənşəli sözlərin yerini Avropa dillərindən, xüsusilə də ingilis dilindən alınan sözlər tutur. Lazımsız alınma sözlər əvəzinə dialektlərdən söz almaq daha əhəmiyyətlidir. Dialektlər ədəbi dil materialı olmasa da, bədii üslubda özünəxas mövqeyə malikdir. Onlar nitqin təbiiliyini artıran, dildə milliliyi gücləndirən faktlar olaraq poetik əsərlərə canlılıq gətirir. Poetik dilin dialektlər baxımından incələnməsi onun bir sıra məziyyətlərinin üzə çıxması ilə nəticələnir.
Açar sözlər: dil, söz, üslub, dialekt, bədiilik