Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/53/23-27

Sevinc Orucova

Naxçıvan Dövlət Universiteti

psixologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0000-2464-3199

s.orucova.71@gmail.com

 

Praktik psixoloqa verilən ixtisas tələbləri

 

Xülasə

 

Məqalədə praktik psixoloqun fəaliyyətindən, ixtisasına verilən tələblərdən bəhs olunur. Qeyd olunur ki, praktik psixoloqun uşaqlarla işləmək sahəsində zəruri təcrübəyə malik olması vacib şərtlərdən biridir. Onun fəaliyyətinə qeyd olunan ümumi tələblərlə yanaşı, bir sıra xüsusi tələblər də verilir. Bu tələblər sırasında praktik psixoloqun ayrı-ayrı istiqamətlər — məsələn, psixodiaqnostika, psixokorreksiya, “çətin” uşaqlarla iş, inkişafda geridə qalan və s. uşaqlarla aparacağı işlərlə bağlı tələblər mühüm yer tutur. Praktik psixoloqun şəxsiyyətlərarası ünsiyyət sahəsində biliklərə, bacarıq və vərdişlərə dərindən bələd olması vacib şərtlərdən biridir. Psixoloji metodikaları, qaydaları, onların layihələndirilməsi, nəticələrin yoxlanılması və qiymətləndirilməsi üzrə işin uğurlu olması üçün praktik psixoloq riyazi statistika, proqramlaşdırma, kompüterdə işləmək kimi zəruri biliklərə və onlardan istifadə etmək bacarıqlarına da malik olmalıdır.

Açar sözlər: praktik psixoloq, ixtisas tələbləri, psixoloji məsləhət, məktəbdə psixoloji xidmət

 


Baxış: 70