https://doi.org/10.36719/2789-6919/42/139-143
Ceyhunə Həmidova
Bakı Dövlət Universiteti
https://orcid.org/0000-0002-9107-8545
c.hamidova90@mail.ru
Prenatal inkişafın müxtəlif dövrlərinə hipokineziyanın təsiri zamanı hemoqlobin və trombistlərin ilkin miqdar dəyişikliləri
Xülasə
Hipokineziya amilinin hamilə dovşanlarda hamiləliyin müxtəlif dövrlərində (rüşeym dövrü E0-E10, dölönü dövrü E10-E20, döl dövrü E20-E30) qanın əsas hematoloji göstəricilərinə təsiri öyrənilmişdir. Ehtimal olunur ki, hamilə dovşanlarda prenatal inkişafın müxtəlif dövrlərində hərəkət fəallığının məhdudlaşdırılması, müxtəlif stres vəziyyətlərinə səbəb olan narahatlıqla yanaşı, balaların qan təchizatının vəziyyətinə təsir edir. Bu təsir dölün inkişafdan qalmasına gətirib çıxara bilir. Tədqiqatlar göstərmişdir ki, hamilə dovşanlarda təcrübənin ilk günündə qanın laxtalanma sistemində əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olunmuşdur. Prenatal inkişafın müxtəlif dövrlərinə hipokineziyanın təsiri hamilə dovşanlarda hemoqlobin sisteminə, trombositlərə effektiv təsir göstərmişdir. Hamiləliyin hər üç dövründə baş verən dəyişikliklər fazalı xarakter daşıyır. Qanın laxtalanma sisteminə nəzər saldıqda isə trombositlərin miqdarının hər üç dövrdə artdığı müşahidə olunur. Rüşeym dövrü və dölönü dövrlərində hemoqlobinin miqdarı dəyişmir, döl dövründə isə azalır. Belə hesab etmək olar ki, bu dəyişikliklər hemoqlobinin tənəffüs funksiyasının tənzimində iştirakı əhəmiyyət kəsb edə bilər.
Eyni zamanda, qanın laxtalanma sistemində baş verən dəyişikliklər orqanizmin ümumi inkişafının ləngiməsində əsas rol oynayır və cift damarlarının funksiyalarının zəifləməsinə səbəb olur.
Açar sözlər: ontogenez, hipokineziya, qan, hemoqlobin, trombosit