Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Bədəlzadə Günay Nazim qızı
Açar sözlər: Daun sindromu,Daun sindromlu şəxslər,psixoloji-pedaqoji tədqiqatlar
Key wolds: Down syndrome, People with Down syndrome, Psycho-pedagogical studies
Ключевые слова: синдром Дауна, люди с синдромом Дауна, психолого-педагогические исследования
 

Müasir Azərbaycanda əlil insanlar üçün münasibətlər tədricən dəyişir. Son zamanlar qəbul edilmiş qanunlar , insanların məhdud imkanları əsasında ayrı-seçkilik etməsinə maneə törətmişdir və Azərbaycanın əlil insanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir. Son illərdə əlillər, o cümlədən Daun sindromu olanlar, uşaq bağçalarına və məktəblərə qatılanların sayı əhəmiyyətli dərəcədə artmışdır,halbuki əvvəlki dövrlərdə bu mümkün deyildi.
Daun sindromu olan şəxslərin inkişafı, onların real inkişafı və inkişaf perspektivləri ilə bağlı fikirlər əksər hallarda bir çox miflər tərəfindən təhrif olunur. İndiyə qədər bir çox miflər var ki,bu cür uşaqlar sevdiklərini tanımırlar, ünsiyyət qura bilmirlər, bağçalara və məktəblərə gedə bilmirlər,təhsildə müvəfəqiyyət əldə etmirlər,müvafiq peşə istiqamətinə hazırlanmırlar ,işlə təmin olunmurlar və b .Bəzi valideynlərin , iddia etdiyi kimi, tərbiyə və təlimlə onların öhdəsindən gələ bilməyəcəklər və buna görə də bu uşaqlar uşaq evlərində böyüdükdə hər kəs üçün daha yaxşı olacaq.Xarakterik olaraq, bu fikir yalnız sıravi insanlar arasında deyil, həm də bəzi mütəxəssislər arasında mövcuddur.(2)


Baxış: 1045