Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/120/97-104

Amaliya Həsənova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-2196-3215

amalya.hasanova59@mail.ru

 

Qafqazda (Azərbaycan ərazisi) xırdabuynuzlu ev heyvanları arasında Dicrocoelium lanceatum Stiles et Hassal, 1896 növünün yayılmasının

landşaft-ekoloji xüsusiyyətləri

 

Xülasə

 

Azərbaycanda heyvandarlığın inkişaf etdirilməsi və ondan ekoloji təmiz heyvandarlıq məhsul­larının əldə olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Heyvandarlığın geniş inkişaf etdiyi Qafqaz regionunda (Azərbaycan ərazisi) xırdabuynuzlu ev heyvanlarının inkişafına və məhsuldarlığına ciddi iqtisadi zərər vuran infeksion və invazion xəstəlik törədicilərindən, xüsusilə helmintozlardan qorunması böyük elmi və praktiki əhəmiyyət kəsb edir. Məlumdur ki, helmintozlar zamanı heyvanların bütün göstəricilər üzrə məhsuldarlığı azalır, dölsüzlük, balasalma və körpə heyvanlar arasında ölüm hallarının sayı artır. Belə helmintozlara qarşı effektiv mübarizə tədbir­ləri­nin həyata keçirilməsi, təbiətin və heyvandarlıq təsərrüfatlarının bu törədicilərdən sağlam­laşdırıl­ması, eyni zamanda heyvanlardan bol və davamlı ekoloji təmiz məhsul əldə olunması məqsədilə, helmintoz törədicilərinin təbiətdə və təsərrüfatlarda yayılma ocaqlarının, yoluxmaya səbəb olan amillərin müəyyənləşdirilməsi günümüzün aktual və həlli vacib mə­sələlərindəndir. Azərbaycanda xırdabuynuzlu ev heyvanları arasında geniş yayılmış, məh­suldarlığına və davamlı inkişafına ciddi iqtisadi zərər vuran başlıca helmintoz törədicilərindən biri də Dicrocoelium lanceatum növüdür. Bu helmint növünün, heyvandarlığın geniş inkişaf etdiyi Qafqaz regionunda müxtəlif landşaft-ekoloji zonalar və ilin fəsilləri üzrə yayılmasının öyrənilməsi, digər ev heyvanları üçün epizootoloji əhə­miyyətinin müasir vəziyyətdə müəyyənləşdirilməsi və ona qarşı elmi əsaslarla profilaktik tədbirlərin hazırlanması hələ də tam şəkildə araşdırılmamışdır. Azərbaycanın bəzi ərazilərində xırdabuynuzlu ev heyvanlarının helmintlərinə dair tədqiqatlar aparılsa da, Qafqaz regionunda bu istiqamətdə yalnız bəzi qısa məlumatlar mövcuddur və bu tədqiqatlar son illərə qədər geniş şəkildə aparılmamışdır. Qafqazın müxtəlif fiziki-coğrafi və landşaft-ekoloji şəraitini əhatə edən tədqiqatlar kifayət qədər əhatəli deyil və mövcud məlumatların əksəriyyəti 30–60 il əvvəl qeydə alınmışdır. Bu səbəbdən həmin məlumatlar müasir dövrün real vəziyyətini əks etdirmir.

Açar sözlər: Kiçik Qafqaz, Böyük Qafqaz, xırdabuynuzlu ev heyvanları, ekoloji təmiz məhsullar, helmintoloji tədqiqat, aralıq və əlavə sahib, dikroselyoz törədicisi


Baxış: 323