Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/42/94-98

Suada Quliyeva

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

magistrant

https://orcid.org/0009-0000-7774-7901

suadag8@gmail.com

 

Qara və ağ filmlərdə tonallıq anlayışı

 

Xülasə

Məqalədə kino tarixində xüsusi yer tutan və onun inkişafının əsası olan ağ-qara filmlərin əsas xüsusiyyətləri müzakirə olunur. Rəngli filmlər dövründə də populyarlığını qoruyub saxlayan bəzi ağ-qara filmlər vizual sənətə unikal yanaşma təqdim edir.

İlk səssiz filmlərdən başlayaraq səsli və rəngli filmlərin yaranmasına qədər rejissorlar ifadəli vizual dil yaratmaq üçün işıq, kölgə və teksturalardan fəal şəkildə istifadə etmişlər. Rəng olmamasına baxmayaraq, ağ-qara filmlərin tonal xüsusiyyətləri duyğuların, əhval-ruhiyyənin və simvolizmin çatdırılmasında əsas rol oynayırdı. Ağ-qara filmlərin tonal xüsusiyyətləri tünd qara rəngdən parlaq ağ rəngə qədər bütün çalarları əhatə edir. Bununla yanaşı, ağ-qara filmlərdə əsas aspektlər də seçilir.

Bu məqalədə ağ-qara filmlərin tonal xüsusiyyətlərinin bəzi aspektləri müzakirə olunur, işıq və rəng çalarlarını, texniki xüsusiyyətləri görə biləcəyimiz filmlərdən nümunələr təqdim olunur.

Texniki üsullar – işıqlandırma, lentin seçilməsi, filtrlərdən istifadə və post-prosessinq üsulları rejissor və operatorlara kontrast, detallılıq və təsvirin dərinliyini idarə etməyə imkan verir. Bu üsullar atmosferin çatdırılması, qəhrəmanların xarakterlərinin açıqlanması və dramaturgiyanın gücləndiril­məsi üçün istifadə olunur.

Ağ-qara filmlər estetik ifadəliliyi və tamaşaçıların diqqətini mühüm vizual və emosional element­lərə yönəltmək qabiliyyəti sayəsində tələbatını qoruyub saxlayır.

Açar sözlər: ağ-qara filmlər, rəng, tonallıq, film, vizual, emosiyalar, dramaturgiya


Baxış: 43