Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/48/154-158

Əli Heydərli

Azərbaycan Universiteti

magistrant

https://orcid.org/0009-0006-8468-3137

heyderlieli228@gmail.com

 

Qarabağın tarixi-mədəni irsi, turizm əhəmiyyəti və

yaşıl turizm potensialının inkişafı

 

Xülasə

 

Müasir dövrdə turizm sənayesi qlobal iqtisadiyyatın dinamik sektorudur. Turizmin inkişafı təkcə iqtisadi baxımdan deyil, həm də sosial, mədəni və ekoloji sahələrdə əhəmiyyətli təsirlərə malikdir. Bu baxımdan, regionun turizm potensialından, xüsusilə zəngin təbii sərvətlərə, qədim tarixə və mədəni irsə malik ərazilərdə səmərəli istifadə olunması davamlı inkişafa nail olmaq üçün əsas strategiya kimi qəbul edilir. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ ərazisi tarixi-mədəni irsi və yaşıl turizm əhəmiyyətinə görə Cənubi Qafqazın ən qədim və strateji əhəmiyyətli torpaqlarından biri hesab olunur. Coğrafi, demoqrafik və mədəni baxımdan Qarabağın əsas problemi onun həmişə mübahisəli ərazi olmasıdır.   Hazırlamış olduğum məqalə Qarabağın tarixi-mədəni irsinin eramızdan əvvəlki dönəmdən hazırkı müasir dövrə kimi olan çalışmalara, araştırmalara və sonda yaşıl turizm potensialının inkişafına gedib dayanmaqdadır.

Açar sözlər: Qarabağ, tarix, mədəniyyət, yaşıl turizm, inkişaf


Baxış: 17