DOI: https://doi.org/10.36719/2789-6919/44/88-92
Kəmalə Xudaverdiyeva
AMEA-nın akademik Ziya Bünyadov adına
Şərqşünaslıq İnstitutu
doktorant
https://orcid.org/0000-0002-3789-2706
kamala.khudaverdiyeva@bk.ru
Qazaxıstan-Ermənistan iqtisadi əlaqələrinin tarixi inkişafı və gələcək perspektivləri
Xülasə
Bu məqalə, Qazaxıstan və Ermənistan arasında iqtisadi əlaqələrin Mərkəzi Asiya çərçivəsindəki yerini və gələcək perspektivlərini araşdırır. Məqalədə təkcə son illərdə iki ölkə arasında əlaqələr və həyata keçirilən yeniliklər deyil, SSRİ dövründə də davam edən iqtisadi əməkdaşlığın tarixi, bu münasibətlərin digər qonşu dövlətlərə təsiri, müstəqillik əldə edildikdən sonra qarşılaşdıqları çətinliklər və hər iki ölkə arasında inkişaf edən iqtisadi əməkdaşlıq tədqiq edilmişdir.
Belə ki, iki ölkə arasındakı münasibətlərin həm Mərkəzi Asiya, həm də Qafqaz regionuna təsiri qarşılıqlı strateji maraqlar baxımından vacib əhəmiyyət daşıyır.
Açar sözlər: Ermənistan, Qazaxıstan, iqtisadi əlaqələr, Mərkəzi Asiya, regional əməkdaşlıq