DOI: https://doi.org/10.36719/2789-6919/54/145-149
Rafiq İbrahimov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-1093-6369
rafiq.ibrahimov@yahoo.com
Ağa Qurbanov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
https://orcid.org/0009-0003-5966-5509
aqa.qurbanov2002@gmail.com
Qazımada quyu divarının sabitliyinə təsir edən udulma
hadisəsinin qarşısının alınmasının tədqiqi
Xülasə
Qazıma məhlulu neft və qaz quyularında əsas təhlükəsizlik və işləkliyə təminat verən mayedir. Onun əsas funksiyaları quyu təzyiqini sabit saxlamaq, qazıma alətini soyutmaq və yağlamaq, eləcə də süxur parçalarını çıxarmaqdır.
Lakin qazıma məhlulunun idarə olunmasında ən ciddi problem məhlul itkisidir, yəni məhlulun çatlar, qırılmalar və yüksək məsaməlilikli zonalar vasitəsilə yeraltı süxur laylarına sızmasıdır. Məhlul itkisi hidrostatik təzyiqin layın hidravlik yarılma təzyiqini aşdığı hallarda baş verir. Bu vəziyyət quyu təzyiqinin azalmasına, quyu divarlarının çökməsinə və nəzarətdən çıxmış fontana səbəb olaraq həm işçilər, həm də ətraf mühit üçün ciddi təhlükə yaradır.
Məhlul itkisinin iqtisadi təsirləri də əhəmiyyətlidir, çünki sızan hər litr maye yenidən hazırlanmalı və quyuya vurulmalıdır, bu isə xərcləri artırır və layihə qrafikində gecikmələrə səbəb olur. Məhlul itkisini azaltmaq üçün hidrostatik təzyiq lay təzyiqindən yüksək, lakin layın yarılma təzyiqindən aşağı olmalıdır. Belə yanaşma quyu divarının bütövlüyünü qoruyur və qazıma əməliyyatın təhlükəsizliyini təmin edir. Məqalədə məhlul itkisi mexanizmləri, optimal mühəndisi hesablamalar aparılmış və ekoloji risklər təhlil edilmişdir.
Açar sözlər: qazma məhlulu, məhlul itkisi, qazma prosesi, məhlul dövriyyəsi, quyudibi təzyiq