Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/44/54-58

Zümrüd Qəhrəmanova

Azərbaycan Dövlət Aqrar Universiteti

tarix üzrə fəlsəfə doktoru

https//orcid.org/0009-0002-2973-6719

zumrud.q@mail.ru

 

Qədim Alban məbədində (Govurqala) erməni saxtakarlığı

 

Xülasə

Qafqaz mədəniyyətləri içərisində Azərbaycanda qorunub saxlanan qədim Alban dövlətinin özünəməxsus təkrarolunmaz maraqlı mədəniyyəti, incəsənəti həmişə diqqət mərkəzində olmuşdur. Ancaq bədnam qonşumuz ermənilər daim bizim maddi mədəniyyət abidələrimizə təcavüz ediblər. Bədnam qonşularımız nə qədər bizim tarixi özününküləşdirmək istəsələr də, alban tarixşünaslığına hücum etsələr də, tarixi faktlar, arxeoloji və yazılı mənbələr əsasında aparılan araşdırmalar onların yalanlarını bir daha üzə çıxarır.

Azərbaycan arxeoloqlarından R. M. Vahidov, R. B. Göyüşov Ağdam rayonu Sofulu kəndi yaxınlığındakı Govurqala abidəsində tədqiqatlar aparmışlar. Görkəmli arxeoloqlarımızdan olan R. M. Vahidov erməni “tarixçiləri” tərəfindən Tiqranakertin Govurqala abidəsi ilə eyniləşdirilməsinə qarşı çıxmış, bu abidənin Tiqranakert olmamasını göstərmişdir. R. B. Göyüşov Govurqala abidəsində apardığı tədqiqatlar nəticəsində müəyyənləşdirmişdir ki, bu yaşayış yeri Moisey Kalankatuklunun “Alban tarixi”ndə adını çəkdiyi və hökmdar Mömin III Vaçaqanın yay iqamətgahının yerləşdiyi Aluen şəhəridir. Onda Şahbulaq qalası yaxınlığında Tərnəüt kəndinin ərazisində yerləşən abidə Aluen şəhərinin qalıqlarıdır. Bu şəhərdə 498-ci ildə kilsə məclisi çağırılmış, qanunlar qəbul edilmiş və alban dilində ilk yazılı sənəd tərtib edilmişdir. Butun bunların əsasında deyə bilərik ki, Govurqalanı mənbələrdə adı çəkilən Akna şəhəri ilə eyniləşdirmək mümkündür.

Açar sözlər: məbəd, yazılı mənbələr, din, xaç, arxeoloji qazıntılar


Baxış: 54