DOI: https://doi.org/10.36719/2663-4619/115/17-21
Arzu Abbasova
Naxçıvan Dövlət Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0005-3264-9538
arzu088@gmail.com
Qədim türk qaynaqlarındakı Qərbi Azərbaycan toponimləri və
onların erməniləşdirilmiş variantları
Xülasə
Dilin lüğət tərkibindəki maraqlı söz qruplarından biri də toponimlərdir. Toponimlər hər bir xalqın tarixində xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, dilin onomastik tərkibində toponimlər ən qədim leksik vahid hesab olunur. Müxtəlif dillərə məxsus toponimlərin bir çoxunun yaranma tarixi həmin dillərin yazılı abidələrinin tarixindən xeyli qədimdir.
Qədim türk qaynaqları üzrə toponimik araşdırmalar zamanı Qərbi Azərbaycanda mövcud olan tarixi toponimlərin tərkibində Azərbaycan dilinin qədim dialekt sözlərinə təsadüf olunur ki, bu sözlərin bir qismi dilimizdə işlənir, bir qismi isə mənasını dəyişərək dialektizm kimi dilimizdə işlənməkdədir.
Toponimik tədqiqatlar göstərir ki, Osmanlı dövrünün qaynaqlarında inzibati ərazi baxımından bütöv Azərbaycanın tərkib hissəsi olan Naxçıvan və onun ətraf bölgələrindən olan Qərbi Azərbaycan toponimlərinin əksəriyyəti bu günə qədər qorunub saxlanılsa da, təəssüflə qeyd etməliyik ki, tarixi proseslərin nəticəsi kimi itirilmiş ərazilərimizdəki coğrafi adların xeyli hissəsi siyasi-ideoloji məqsədlərlə dəyişdirilmiş və ya tamamilə aradan qaldırılmışdır.
Açar sözlər: Qədim türk qaynaqları, Qərbi Azərbaycan, toponimlər, leksik vahid, Osmanlı qaynaqları