DOI: https://doi.org/10.36719/2663-4619/114/84-88
Şənay İsmayılova
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0000-2580-6105
ismayilshenay94@icloud.com
Qərb dünyasında əlillik və keçdiyi tarixi dövrlər
Xülasə
Qədim dövr və Orta əsrlərdə Qərb dünyasında əlillərə qarşı mənfi düşüncə tərzi və tətbiqlər Sənaye İnqilabı və ondan sonrakı tarixi dövlərdə 20-ci əsrin ortalarına qədər davam etmişdir. Qədim dövrlərdə əlillərə qarşı münasibət daha çox qorxaraq, izoliasiyaya, ölümə məhkum edərək nəzərə çarpsada Sənaye dövrünün başlaması ilə dəyişən iş və həyat şərtləri, iş prosesində yaranan əlilliklərin sayının artması, əlilliyin kateqoriyalaşmasına səbəb olmuş və bununla yanaşı çətin istehsal formaları əlilləri yararsız hesab edərək əmək bazarından kənarlaşdırmış, lakin kapitalizmin inkişafı, I və II Dünya Müharibələri dövründə azalan işçi qüvvəsi əlillərin işçi kimi qəbul edilməsinə gətirib çıxarmış və dövlət dəstəyi ilə onların iş həyatına daxil edilməsi davam etdirilmişdir. Əlillərin keçdikləri bu çətin dövrlər və Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul olunduqdan sonrakı dövr öz əksini tapmışdır. Ümumi olaraq mətn əlilliyin tarixi prosesdə necə qavrandığını, hansı mərhələlərdən keçdiyini və necə bir dəyişiklik yaşadığını aydın şəkildə göstərir.
Açar sözlər: əlillik, Qərb dünyası, yanaşma, Əlil Hüquqları Hərəkatı