Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Qərbi Azərbaycanda pedaqoji kadr hazırlığının tarixi inkişaf dinamikası və ənənəvi təhsildən institusional pedaqoji təhsilə keçid

 

Xanım Səfərli

 

Xülasə. Məqalədə Qərbi Azərbaycanda pedaqoji kadr hazırlığının tarixi inkişaf dinamikası ənənəvi təhsil formalarından institusional pedaqoji təhsil sisteminə keçid kontekstində araşdırılır. Tədqiqatın əsas məqsədi XIX və XX əsrlərdə bölgədə müəllim hazırlığı prosesinin hansı sosial, siyasi və mədəni şəraitdə formalaşdığını, bu prosesdə mollaxana və mədrəsə ənənələrinin, dövlət məktəblərinin, müəllimlər seminariyasının, pedaqoji texnikumların və ali pedaqoji şöbələrin rolunu müəyyənləşdirməkdir. Məqalədə göstərilir ki, Qərbi Azərbaycanda pedaqoji kadr hazırlığı əvvəlcə dini və ənənəvi təhsil mühitində meydana gəlmiş, sonradan dünyəvi məktəb sisteminin inkişafı ilə daha sistemli və peşəkar xarakter almışdır. İrəvan Müəllimlər Seminariyası, İrəvan Türk Pedaqoji Texnikumu və İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi milli məktəblər üçün müəllim kadrlarının hazırlanmasında mühüm rol oynamışdır. Məqalədə həmçinin qadınların pedaqoji təhsilə cəlb olunması və Azərbaycan məktəblərinin kadr təminatı məsələləri də təhlil edilir. Nəticə etibarilə, Qərbi Azərbaycanda pedaqoji kadr hazırlığının inkişafı yalnız təhsil tarixi baxımından deyil, həm də milli kimliyin, ana dilinin və maarifçilik ənənələrinin qorunması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilir.

 

Açar sözlər: Qərbi Azərbaycan, pedaqoji kadr hazırlığı, müəllimlər seminariyası, ənənəvi təhsil, institusional təhsil, milli maarifçilik, qadın təhsili, Azərbaycan məktəbləri

 


Baxış: 4