Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/46/294-298

Sevda Axundova

Azərbaycan Dövlət Pedaqoji Kolleci

https://orcid.org/0000-0001-9192-2307

sevda.app@gmail.com

 

Qərbi Azərbaycanda XX əsr deportasiyaları və onun sosial-nəticələri

 

Xülasə

 

Qərbi Azərbaycan (indiki Ermənistan) XX əsr boyu azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli deportasiya və etnik təmizləmə siyasəti nəticəsində monoetnik bir dövlətə çevrilmişdir. Bu proses təkcə spontan etnik qarşıdurmaların nəticəsi olmayıb, bilavasitə Ermənistanın siyasi rəhbərliyinin strateji məqsədlərindən biri kimi həyata keçirilmişdir. Tarixi faktlar, rəsmi sənədlər və akademik tədqiqatlar göstərir ki, Ermənistanın demoqrafik quruluşunun dəyişdirilməsi məqsədilə müxtəlif dövrlərdə azərbaycanlılara qarşı zorakı köçürmələr, hüquqi məhdudiyyətlər və sosial-iqtisadi təzyiqlər tətbiq olunmuşdur. Bu məqalədə Ermənistanın monoetnik demoqrafiyasının formalaşmasının tarixi kontekstdə əsaslandırılması məqsədilə XX əsr deportasiya dalğalarının siyasi və sosial aspektləri təhlil edilir. Xüsusilə 1905-1906-cı illərdə baş verən erməni-müsəlman qarşıdurmaları, 1918-1920-ci illərdə azərbaycanlı əhaliyə qarşı kütləvi qətliamlar, Sovet dövründə (1948-1953) Stalin repressiyaları nəticəsində baş verən deportasiyalar və nəhayət, 1988-1991-ci illərdə Ermənistanın azərbaycanlıları tamamilə ölkədən qovmaq məqsədilə həyata keçirdiyi son etnik təmizləmə siyasəti bu araşdırmanın əsas predmetidir. Bundan əlavə, məqalədə monoetnik dövlət quruculuğunun ideoloji əsasları və bu prosesdə şovinist-milliyyətçi ideologiyanın rolu da araşdırılır.

Açar sözlər: Qərbi Azərbaycan, zorakı köçürmələr, azərbaycanlıların deportasiyası, sosial-iqtisadi təzyiqlər, kütləvi qətliamlar, monoetnik təmizlənmə siyasəti, milliyyətçi ideologiya

 


Baxış: 70