Qlobal iqtisadi transformasiya şəraitində yaşıl iqtisadiyyatın formalaşması və institusional inkişaf mərhələləri
Nihad Əmirov
Xülasə. Məqalədə XXI əsrdə qlobal iqtisadi inteqrasiyanın dərinləşməsi fonunda artan ekoloji təzyiqlər və bu kontekstdə yaşıl iqtisadiyyat modelinin formalaşması məsələsi araşdırılır. Mövzunun aktuallığı iqlim dəyişiklikləri, resurs qıtlığı, enerji təhlükəsizliyi və sosial bərabərsizlik kimi çoxölçülü çağırışların mövcud iqtisadi artım modelinin dayanıqlığını sual altına alması ilə əsaslandırılır. Tədqiqatın məqsədi yaşıl iqtisadiyyatın nəzəri əsaslarını, institusional inkişaf mərhələlərini və qlobal normativ çərçivəyə inteqrasiyasını sistemli şəkildə təhlil etməkdir. Tədqiqatın obyekti yaşıl iqtisadiyyat konsepsiyası, predmeti isə onun iqtisadi artım, karbon emissiyaları, resurs səmərəliliyi və sosial rifah kimi dəyişənlərlə qarşılıqlı əlaqəsidir. Əhatə olunan dövr əsasən 2008-ci il qlobal maliyyə böhranından sonrakı mərhələni və 2015-ci ildən etibarən formalaşmış iqlim və davamlı inkişaf çərçivəsini əhatə edir. İşdə müqayisəli təhlil, institusional analiz və sənəd araşdırması metodlarından istifadə olunmuşdur. Nəticələr göstərir ki, yaşıl iqtisadiyyat iqtisadi artımı təbii kapitalın qorunması və aşağı karbonlu transformasiya ilə uzlaşdıran alternativ model kimi formalaşmışdır.
Açar sözlər: yaşıl iqtisadiyyat, qlobal iqtisadi transformasiya, iqlim dəyişiklikləri, iqtisadi artım, enerji təhlükəsizliyi