Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/49/89-93

Tusi Məhərrəmzadə

Bakı Dövlət Universiteti

https://orcid.org/0009-0009-3760-4434

mhrrmzadet@gmail.com

 

Qloballaşma şəraitində, siyasi-iqtisadi sanksiyaların tətbiqi

 

Xülasə

 

Bu məqalə çağdaş dövrdə qloballaşmanın siyasi və iqtisadi əlaqələrə göstərdiyi təsirləri, eləcə də bu çərçivədə beynəlxalq sanksiyaların aktuallığını analitik baxımdan təhlil etməyə yönəlmişdir. Qloballaşma ilə bağlı beynəlxalq qarşılıqlı əlaqələrin daha da güclənməsi, tətbiq edilən sanksiyaların təsirini yalnız hədəf dövlətlərlə məhdudlaşdırmır, həmçinin qlobal və regional səviyyələrdə institusional dəyişikliklərə yol açır. Hazırda beynəlxalq hüququn qeyri-hərbi məcburiyyət alətlərindən biri kimi çıxış edən sanksiyaların icra mexanizmləri, hüquqi əsasları və humanitar nəticələri bir çox hallarda hüquqşünaslar və siyasətçilər arasında fikir ayrılığına səbəb olur. Məqalədə siyasi və iqtisadi sanksiyaların təsnifatı, hüquqi əsasları və beynəlxalq təşkilatların tətbiq siyasətləri (BMT, Avropa İttifaqı, Afrika İt-tifaqı, ABŞ və s.) sistemli şəkildə təhlil edilmişdir. Əlavə olaraq, İran, Venesuela və Şimali Koreya kimi ölkələrin nümunəsində bu tədbirlərin sosial, iqtisadi və hüquqi fəsadları qiymətləndirilmişdir. Beynəlxalq təşkilatların sanksiya siyasətləri hüquqi baza, icra mexanizmi və effektivlik baxımından müqayisə olunmuş, sanksiyaların insan hüquqları və vətəndaş cəmiyyətinə təsiri geniş təhlil edilmişdir.

Bu tədqiqatın nəticələri göstərir ki, beynəlxalq sanksiyalar təkcə siyasi təsir alətləri kimi deyil, həm də beynəlxalq hüququn daha geniş institusional mənzərəsi çərçivəsində struktur məqsədə xidmət edir. Buna baxmayaraq, onların sosial və humanitar nəticələrinin minimuma endirilməsi və əsas hüquqi standartların gücləndirilməsi daha şəffaf, əhatəli və səmərəli idarəetmə mexanizmlərinin həyata keçirilməsini tələb edir. Tədqiqatın nəticələri beynəlxalq hüquqi çərçivələri inkişaf etdirmək və insan hüquqlarının ümumi müdafiəsini gücləndirmək üçün dəyərli fikirlər təklif edir.

Açar sözlər: sanksiyalar, insan hüquqları, qloballaşma, iqtisadi məhdudiyyətlər, hüquqi mexanizmlər


Baxış: 186