Sevinc Xəyyam qızı Məmmədkərimova
Qərbi Kaspi Universiteti
magistrant
sevinckerimova13@gmail.com

QISQANCLIQ: AİLƏDAXİLİ MÜNASİBƏTLƏRİN ƏSAS PROBLEMİ KİMİ
Xülasə
Qısqanclıq sevgidə qarşı tərəfin etibarsızlığına eyham vuran, şübhələrin oyanması nəticəsində yaranan natamamlıq komplekslərindən biri olan emosional vəziyyətdir. Qısqanclıq zamanı onun ətrafında baş verən hadisələr məntiqi deyil, emosional olaraq qiymətləndirilir. Özünə hörməti aşağı olan insan, sevdiyi adamın onu tərk edəcəyini və ya partnyorunun onu sevmədiyini düşünərək qısqanc ola bilər. Qısqanclıq özünü patoloji formada da göstərə bilər (Otello sindromu). Heç bir səbəb olmadan hər hansı xəyali fantaziyaya inanmaq ən pis nəticələrə gətirib çıxara bilər. Qısqanclığa qalib gəlmək üçün ilk növbədə səbəbi müəyyən etməliyik. 
Qısqanclığa səbəb olan amillər kişi və qadınlarda fərqlidir. Mütəxəssislər qısqanclığı təkcə kəmiyyətinə görə deyil, həm də ifadə etdiyi hisslərin keyfiyyətinə görə fərqləndirirlər.
Açar sözlər: qısqanclıq, ailədaxili münasibətlər, sevgi, xəyanət, şübhə, kişi, qadın 

Jealousy: as the main problem in family relationships
Abstract
Jealousy is an emotional state, one of the complexes of imperfection, resulting from the arousal of doubts, hinting at the unreliability of the other side in love. When experiencing jealousy, the events around her are evaluated emotionally, and not logically.
A person with low self-esteem may become jealous, thinking that his loved one will leave him or that his partner does not like him. Jealousy can also manifest itself in a pathological form (Othello's syndrome). Believing in any imaginary fantasy without any reason can lead to the worst results. To overcome jealousy, we must first identify the cause.
The factors that cause jealousy are different in men and women. Experts distinguish jealousy not only by the quantity, but also by the quality of the feelings expressed by it.
Keywords: jealousy, family relationships, love, betrayal, doubt, man, woman




Baxış: 446