Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/43/110-116

Əli Zalov

Azərbaycan Dövlət Pedaqoji Universiteti

kimya üzrə elmlər doktoru

https://orcid.org/0000-0002-2171-8906

zalov1966@mail.ru

Sürayyə İsayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti

riyaziyyat üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0000-9488-1811

surayye.necefova@gmail.com

 

Radiaktiv parçalanma

 

Xülasə

Molekulların həyəcanlanmış vəziyyətinin öyrənilməsi kvant fizikası və kimyanın vacib sahələ­rindən biridir. Bu tədqiqatların əsasında diferensial tənliklər dayanır. Molekulun həyəcanlanmış vəziyyətindən əsas vəziyyətə keçidi zamanı enerji səviyyələri, keçirilmə sürəti və yarımparçalanma dövrü kimi parametrlər təyin edilir. Molekulun həyəcanlanmış vəziyyəti, xarici təsirlərlə enerji səviyyəsinin artdığı haldır. Bu vəziyyət sabit olmayıb və molekul müəyyən bir zaman aralığında yenidən əsas hala keçərək enerji ayırır. Həyəcanlanmış vəziyyətin orta ömrünün hesablanması üçün əsasən kinetik tənliklərdən istifadə olunur. Bu tənliklər, molekulun keçid sürəti sabitləri ilə əlaqələndirilərək həyəcanlanmış vəziyyətin zamanla dəyişmə qanunauyğunluğunu müəyyən edir. Bu mövzu kvant mexanikasının tətbiqi və eksperimentlərdə müşahidə edilən nəticələrin nəzəri əsaslandırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Açar sözlər: dəyişənlərinə ayrılan diferensial tənlik, funksiyanın dəyişmə sürəti, ilkin şərt, parçalanma sabiti, radiaktiv maddə, xüsusi həll, yarımparçalanma dövrü, həyəcanlanmış vəziyyətdə orta ömür, qeyri-məxsusi inteqral, reaksiyanın tərtibi, reaksiya sürəti, maddənin konsentrasiyası, reaksiyanın orta sürəti, inteqral, radiaktiv parçalanma


Baxış: 62