DOI: https://doi.org/10.36719/2663-4619/115/295-300
Səidə Vəlizadə
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0008-6368-061X
seide.novruz13@gmail.com
Məhəbbət Məmmədova
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0004-4295-5347
mehebbet3008@gmail.com
Sarita Qənbərli
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0007-0222-543X
saritaqenberli1994@gmail.com
Reanimasiya xəstələrində mədə qanaxmasının idarə olunması:
Patofiziologiya, diaqnostika və müalicə
Xülasə
Mədə qanaxması reanimasiya şöbələrində müalicə alan kritik vəziyyətdəki bir çox xəstə üçün ciddi bir haldır. Mədə qanaxması, mədənin iç səthindəki damarların zədələnməsi nəticəsində meydana gələn qanaxmadır. Bu məqalədə reanimasiya şəraitində mədə qanaxmasının patofiziologiyası, risk amilləri, diaqnostika strategiyaları və müalicə üsulları araşdırılmışdır. Məqalədə erkən diaqnozun, multidissiplinar yanaşmanın və fərqli ölkələrin klinik protokollarının inteqrasiyasının effektiv müalicə üçün vacibliyi vurğulanıb.
Son dövrlərdə endoskopik metodların – məsələn, hemoklip istifadəsi və inyeksiya terapiyaları – inkişafı mədə qanaxmasının müalicəsində inqilabi dəyişikliklərə səbəb olmuşdur. Proton pompası inhibitorları (PPI-lər) isə farmakoloji müalicənin əsasını təşkil edir; bu preparatlar mədə turşusunun ifrazını azaldır və selikli qişanın sağalmasını təşviq edir.
Açar sözlər: Mədə qanaxması, Reanimasiya şöbəsi, patofiziologiya, diaqnostika, müalicə, mədə qanaxması