Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Regionlarda aqroparkların formalaşdırılması

perspektivləri

 

Elşən İsmayılov Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Məqalədə Azərbaycanın regionlarında aqroparkların formalaşdırılması və inkişaf perspektivləri araşdırılmışdır. Aqroparkların kənd təsərrüfatının modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac potensialının artırılması və regionların sosial-iqtisadi inkişafına təsiri təhlil edilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, aqroparklar innovativ texnologiyaların tətbiqinə, torpaq və su resurslarından səmərəli istifadəyə, məhsuldarlığın yüksəldilməsinə və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə verir.

Məqalədə aqroparkların inkişaf dinamikası, regional potensial və gələcək inkişaf istiqamətləri statistik göstəricilər əsasında qiymətləndirilmişdir. Tədqiqatın məqsədi – respublikamızın regionlarında aqroparkların formalaşdırılması istiqamətlərinin müasir ekosistemdə qarşılıqlı təsir elementlərinin müəyyən edilməsindən ibarətdir.

Tədqiqatın metodologiyası – tədqiqat aqroparkları əsasları təhlil edilməklə, onların bir sıra üstün və çatışmayan xüsusiyyətlərini müəyyən etməklə müasir dövrün tələblərinə uyğun aqroparkların respublikamızda formalaşdırılmasının müəyyən edilməsinə uyğun həyata keçirilmişdir. Tədqiqatda regionlarda aqroparkların formalaşmasının kompleks inkişafı məqsədilə yeni yanaşma amilləri müəyyən edilmişdir. Aqroparkların müasir standartlara uyğun yeni inkişaf amilləri nəzərə alınmaqla formalaşması təklif edilir.

 

Açar sözlər: ekosistem, aqropark, ekologiya, resurs, struktur, inkişaf

 


Baxış: 4