Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/46/261-265

Günay Cəfərova

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0000-0698-1821

ceferovagunay750@gmail.com

 

Rəqəmsal dövrdə monitorinq və qiymətləndirmə: Yeni

yanaşmalar və alətlər

 

Xülasə

 

Rəqəmsal dövrdə təhsildə monitorinq və qiymətləndirmə proseslərinin əhəmiyyəti və inkişaf tendensiyaları bu və ya digər səviyyələrdə  araşdırılması daim diqqət mərkəzindədir. Rəqəmsallaşma təhsil sisteminə çeviklik, şəffaflıq və obyektivlik gətirməklə təlimin keyfiyyətini artırmışdır. Elektron jurnallar, süni intellekt əsaslı qiymətləndirmə sistemləri və onlayn test platformaları təhsildə analitik yanaşmanı gücləndirmişdir. Rəqəmsal qiymətləndirmənin əsas üstünlükləri obyektiv nəticələr, sürətli geridönüşlərin, əlaqələrin və fərdiləşdirilmiş öyrənmə imkanlarıdır. Bununla yanaşı, məlumat təhlükəsizliyi, etik məsələlər və texnoloji çatışmazlıqlar bu sahədə mövcud olan əsas problemlər sırasındadır. Ənənəvi və rəqəmsal qiymətləndirmə metodları arasında  fərqlər müqayisə edilərək onların üstün və zəif cəhətləri təhlil olunmuşdur. Məqalədə rəqəmsal qiymətləndirmənin təhsil prosesinə verdiyi töhfələr vurğulanmışdır. Effektiv tətbiq üçün pedaqoji və texnoloji hazırlıq vacib şərt kimi qeyd olunmuşdur. Gələcəkdə bu sahədə daha çevik, ədalətli və etik əsaslı qiymətləndirmə sistemlərinin formalaşması məqsədəuyğun hesab edilir. Rəqəmsal qiymətləndirmə təhsilin davamlı inkişafına xidmət edən mühüm vasitə kimi dəyərləndirilməlidir.

Açar sözlər: Rəqəmsal təhsil, qiymətləndirmə, monitorinq, süni intellekt, onlayn testlər, təhsil texnologiyaları, fərdiləşdirilmiş öyrənmə, elektron jurnallar, təhsildə innovasiya, informasiya təhlükəsizliyi


Baxış: 67