https://doi.org/10.36719/2706-6185/44/32-40
Aygün Eyvazlı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
kulturologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-0462-5951
aygun.eyvazli@admiu.edu.az
Sevinc Əskərova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
sənətşünaslıq üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0007-3438-1162
cexiya88@gmail.com
Rəqəmsal mədəniyyətin çoxşaxəli strukturunun nəzəri təhlili:
mozaik, piksel və multifraktal mədəniyyət
Xülasə
Məqalədə müasir dövr sosio-mədəni mühitin transformasiyası: mozaik, piksel və multifraktal mədəniyyət haqqında elmi-nəzəri araşdırmalar aparılmış, cəmiyyət daxilində mədəni elementlərin mürəkkəbliyi və dinamik qarşılıqlı əlaqəsi təsvir edilmişdir. Həmçinin rəqəmsal texnologiyanın təsirindən formalaşmış multifraktal mədəniyyətin yaranması və xüsusiyyətlərinin izahı verilmişdir. Müəllif qeyd etmişdir ki, polistilistik sistem müasir mədəniyyətdə köklü dəyişikliklər nəticəsində əvvəllər bir-birindən təcrid olunmuş yerli mədəniyyətlərin qarşılıqlı inkulturasiyasından yaranır. Polistilistik mədəniyyətdə mədəni hadisələrin sistemliliyi və iyerarxiyası prinsipi pozulur və mədəni alt sistemlərin özləri arasında yeni ünsiyyət formaları yaranır. Çünki polistilistik mədəniyyət qloballaşma və bütün sosio-mədəni sferanın informasiyalaşdırılması proseslərində ifadə olunan sənayedən postindustrial inkişaf mərhələsinə keçidin təsiri altında formalaşmışdır. Mədəniyyətin transformasiyası bəşər tarixi boyu baş vermişdir. Rusiyalı sosioloq Leonid Qriqoryeviç İonin onun iyerarxik monostilistik modeldən nizamsız polistilistik mədəni modelə keçiddən ibarət olduğunu bildirir.
Nəticə olaraq, informasiyalaşdırma ilə paralel sosial prosesləri və hadisələri “virtuallaşdırmaq” meyli — yaranmağa başlayır və insanın real həyatdan virtual həyata keçidi formalaşmış.
Açar sözlər: mədəniyyət, cəmiyyət, sosio-mədəni mühit, multifraktal, mozaik, piksel, virtual mühit