DOI: https://doi.org/10.36719/2663-4619/116/39-41
Vüsalə Muradəliyeva
ADA Universiteti
https://orcid.org/0009-0003-5661-1062
vmuradaliyeva14704@ada.edu.az
Rəqəmsal transformasiya və rəqəmsal hökumət.
Azərbaycanda elektron hökumət
Xülasə
Ümumilikdə, hökumət dəqiq və qüsursuz şəkildə fəaliyyət göstərməsi baxımından son dərəcə mürəkkəb bir sistemdir. Buna görə də, hüquqi mexanizmlər və innovativ yanaşmalar vasitəsilə hökumətin islah edilməsi və təkmilləşdirilməsi daim zəruri olmuşdur. Müasir dövrdə rəqəmsal transformasiya saf demokratiya və şəffaflığın ayrılmaz bir elementi kimi qiymətləndirilməlidir. İnkişaf etmiş texnoloji kommunikasiya vasitələri vasitəsilə rəqəmsal transformasiya vətəndaşların hökumətə fəal iştirakını təşviq edir, insan hüquq və azadlıqlarından geniş şəkildə bəhrələnməyə imkan verir, və bürokratik maneələri aradan qaldırır. Bununla yanaşı, bu transformasiya hüquqi subyektlər üçün yeni çağırışlar və risklər də yaradır. Bu araşdırma, idarəetmədə rəqəmsal transformasiyanın həm demokratik potensialını, həm də hüquqi təsirlərini araşdırır.
Açar sözlər: rəqəmsal transformasiya, e-hökumət, demokratiya, şəffaflıq, hüquqi çağırışlar, ictimai iştirak