DOI: https://doi.org/10.36719/2663-4619/127/242-250
Məleykə Kərimova
Azərbaycan Tibb Universiteti
Bakı, Azərbaycan
tibb üzrə fəlsəfə doktoru
dr.karimova@mail.ru
Umida Omonova
Daşkənd Dövlət Tibb Universiteti
Daşkənd, Özbəkistan
tibb elmləri doktoru
umidahon1980@mail.ru
Akmaljon Gaybiev
Səmərqənd Dövlət Tibb Universiteti
Səmərqənd, Özbəkistan
tibb elmləri doktoru
akmal_gaybiev@mail.ru
Dilnoza Mirzaeva
Tibb İşçilərinin Peşə Kvalifikasiyasının İnkişafı Mərkəzi
Daşkənd, Özbəkistan
tibb elmləri doktoru
dilnozakam80@gmail.com
Jamilya Şaqiyasova
Respublika İxtisaslaşdırılmış Pediatriya Elmi-Praktiki Tibb Mərkəzi
Daşkənd, Özbəkistan
tibb üzrə fəlsəfə doktoru
doctor.djamila@mail.ru
Residivləşən respirator infeksiyalar keçirən uşaqlarda respirator
xəstəliklərin neyroimmun mexanizmləri
Xülasə
Residivləşən respirator infeksiyalar (RRİ) keçirən uşaqlarda neyropeptid-P substansiyasının həm immun sistemlə əlaqəsini, həm də iltihabi prosesdə əhəmiyyətini öyrənməyi qarşımıza məqsəd qoyduq. Bu məqsədlə 340 RRİ keçirən uşaq müayinə etdik. Müqayisə qrupu kimi 125 nadir xəstələnən uşaq (NXU) və analoji yaşda olan 120 praktik sağlam uşaq da müayinəyə cəlb olunmuşdur. Neyropeptid–P substansiyası ABŞ-da yerləşən PENİNSULA LABORATORİES İNC. firmasından əldə edilən reaktivlərlə «Stat Fax» analizatorlarla, immunferment metodu ilə təyin edilmişdir. İmmunoloji göstəricilər – CD3, CD4, CD8, CD19 hüceyrələrinin miqdarı axarlı sitometriya metodu, zərdab immunqlobulinləri A, G, M-in konsentrasiyası - G. Manchininin radial immundiffuziya metodu, qan zərdabında IgE-nin səviyyəsi immunferment analiz (İFA) metodu ilə təyin edilmişdir. IL-1β, IL-2, IL-6, IL-8 və ŞNF-α sitokinlərin səviyyəsi «İMMULİTE» avtomatik analizatoru vasitəsilə immunhemilüminissent metodu (ABŞ), IFN-γ-nın səviyyəsi isə immunferment analiz metodu ilə yoxlanılmışdır. Apardığımız tədqiqat nəticəsində aşkar edildi ki, RRİ keçirən uşaqlarda respirator xəstəliklərin patogenezində immun sistemlə yanaşı neyropeptid P substansiyası da mühüm əhəmiyyət kəsb edir. Araşdırmamız nəticəsində məlum olmuşdur ki, bu sistemlər arasında sıx korrelyasion əlaqə mövcuddur. RRİ qrupunda respirator xəstəliklərin klinik remissiya dövründə immun sistemin, o cümlədən sitokin statusun və P substansiyasının göstəricilərinin normallaşmaması bu uşaqlarda infeksion agentin persistə etməsini, iltihab prosesinin xəstəliyin klinik remissiya dövründə də davam etməsini göstərir.
Açar sözlər: residivləşən respirator infeksiyalar, uşaqlar, neyropeptid- P substansiyası, immun sistem, sitokin, iltihab