Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Rəsmi-işgüzar mətnlərin tərcüməsində çətinliklər və

onların həlli yolları

 

Turan Muxtarova

 

Xülasə. Müasir qloballaşma şəraitində beynəlxalq siyasi, iqtisadi və hüquqi əlaqələrin sürətli inkişafı rəsmi-işgüzar mətnlərin tərcüməsinə olan ehtiyacı əhəmiyyətli dərəcədə artırmışdır. Dövlət sənədlərinin, beynəlxalq müqavilələrin, qanunvericilik aktlarının, diplomatik yazışmaların və beynəlxalq təşkilatlara aid sənədlərin düzgün və adekvat şəkildə tərcümə olunması dövlətlərarası münasibətlərin formalaşması və inkişafında mühüm əhəmiyyət daşıyır. Təqdim olunan məqalədə rəsmi-işgüzar mətnlərin tərcüməsi prosesində meydana çıxan əsas çətinliklər və həmin problemlərin aradan qaldırılması yolları geniş şəkildə araşdırılmışdır. Araşdırma zamanı terminoloji dəqiqlik, hüquqi ekvivalentliyin təmin olunması, sintaktik quruluş xüsusiyyətləri, üslubi uyğunluq və mədəni amillər ətraflı şəkildə təhlil edilmişdir. Müəyyən olunmuşdur ki, rəsmi-işgüzar üslubun əsas xarakterik xüsusiyyətləri obyektivlik, standart dil normalarına uyğunluq, emosional ifadələrdən uzaqlıq və dəqiq strukturun qorunmasından ibarətdir. Tərcümə prosesində terminoloji və ya üslubi xarakter daşıyan hər hansı yanlışlıq hüquqi və inzibati problemlərin yaranmasına səbəb ola bilər. Məqalədə müxtəlif dillərin hüquq sistemləri arasındakı fərqlərin tərcümə prosesinə təsiri məsələsi də araşdırılmışdır. Xüsusilə Azərbaycan və ingilis dillərində hüquqi terminlərin adekvat ekvivalentlərinin müəyyənləşdirilməsi mühüm problemlərdən biri kimi qiymətləndirilmişdir.

Tədqiqat nəticəsində aydın olmuşdur ki, peşəkar tərcümə fəaliyyəti yalnız dil bilikləri ilə məhdudlaşmır, eyni zamanda, hüquq, diplomatiya və beynəlxalq münasibətlər sahəsində geniş nəzəri və praktik biliklər tələb edir. Məqalədə terminoloji bazaların, elektron lüğətlərin və beynəlxalq standartların tətbiqinin tərcümə keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığı xüsusi vurğulanmışdır. Bununla yanaşı, funksional ekvivalentlik prinsipinin tətbiqinin rəsmi mətnlərin daha dəqiq, anlaşıqlı və məqsədəuyğun şəkildə tərcüməsinə imkan yaratdığı qeyd edilmişdir. Tədqiqat çərçivəsində rəsmi-işgüzar üslubun spesifik xüsusiyyətləri müəyyən edilmiş, tərcümə zamanı qarşıya çıxan problemlərin praktik həlli yolları göstərilmişdir. Eyni zamanda, peşəkar tərcümə bacarıqlarının formalaşdırılması və zəngin terminoloji bazanın mövcudluğunun əhəmiyyəti xüsusi olaraq diqqətə çatdırılmışdır.

 

Açar sözlər: rəsmi-işgüzar üslub, tərcümə, hüquqi mətn, terminologiya, üslubi uyğunluq, sənəd tərcüməsi, ekvivalentlik

 


Baxış: 42