DOI: https://doi.org/10.36719/2663-4619/117/114-118
Əli İsmayılov
Azərbaycan Texniki Universiteti
Magistrant
https://orcid.org/0009-0003-8200-8435
elismileov@gmail.com
Əhməd Əbdürəhimov
Azərbaycan Texniki Universiteti
Magistrant
https://orcid.org/0009-0008-4757-7911
axmedazadli@gmail.com
Mirismayıl Ağalarov
Azərbaycan Texniki Universiteti
Magistrant
https://orcid.org/0009-0001-5537-9922
mirismayil526@gmail.com
Əli Əliyev
Azərbaycan Texniki Universiteti
Magistrant
https://orcid.org/0009-0004-2315-7702
aliyev.ali20002024@gmail.com
Respublikamızda velosiped istifadəsi üçün infrastrukturun
təkmilləşdirilməsi məsələləri
Xülasə
Bu məqalədə Azərbaycanda velosiped istifadəsinin genişləndirilməsi üçün infrastrukturun təkmilləşdirilməsi məsələləri təhlil olunur. Velosiped yollarının azlığı, yol şəbəkəsinin velosipedçilər üçün uyğun olmaması, park yerlərinin çatışmazlığı və ictimai nəqliyyatla inteqrasiyanın zəifliyi əsas problemlər kimi göstərilir. Məqalədə yol şəbəkəsinin təhlili aparılır, xüsusi velosiped zolaqlarının yaradılmasının, təhlükəsizlik nişanlarının artırılmasının və yol səthinin keyfiyyətinin yüksəldilməsinin zəruriliyi vurğulanır. Velosiped yollarının şəhər planlamasına uyğun və digər nəqliyyat vasitələri ilə inteqrasiya olunmuş şəkildə salınması tövsiyə olunur.
Açar sözlər: velosiped istifadəsi, nəqliyyat infrastrukturu, velosiped yollar, velosiped istifadəsi