DOI: https://doi.org/10.36719/2663-4619/113/271-275
Alimə Musayeva
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutu
https://orcid.org/0009-0001-9121-0833
dr.alimaphd@mail.ru
Retensiya olunmuş dişlər: etiologiya, diaqnostika və müalicə metodları
Xülasə
Retensiya olunmuş dişlər – normal çıxma müddətini keçməsinə baxmayaraq, ağız boşluğunda tam və ya qismən çıxmayan dişlərdir. Bu vəziyyət müxtəlif etioloji amillərlə bağlı olub, dişlərin düzgün inkişafına mane olur. Retensiya olunmuş dişlər funksional, estetik və ortodontik problemlərə səbəb ola bilər. Onların müalicəsi fərdi yanaşma tələb edir. Bu məqalədə, retensiya olunmuş dişlərin etiologiyası, diaqnostikası və müalicə metodları haqqında ətraflı məlumat verilmişdir.
Açar sözlər: retensiya olunmuş dişlər, dişlərin ağız boşluğuna çıxmasının ləngiməsi, ortodontik müalicə, cərrahi müdaxilə, dişlərin inkişaf anomaliyaları