Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Rus dilinin qazax dilinin sintaktik quruluşuna təsiri

 

Təranə Nağıyeva

 

Xülasə. Məqalədə türk dilləri ailəsinin qıpçaq qrupuna daxil olan qazax dilinin sintaktik xüsusiyyətlərinin rus dilinin təsiri nəticəsində dəyişməsi araşdırılır. Tədqiqatın məqsədi rus dili ilə intensiv təmas şəraitində qazax dilinin sintaktik sistemində baş verən dəyişiklikləri müəyyənləşdirmək və bu dəyişikliklərin xarakterini müqayisəli şəkildə təhlil etməkdir. Araşdırmada təsviri və müqayisəli metodlardan istifadə olunmuş, faktlar müvafiq olaraq qazax və rus dillərinə aid nümunələrlə əsaslandırılmışdır.

Aparılan araşdırma və təhlillər göstərir ki, rus dilinin təsiri nəticəsində qazax dilində xüsusilə söz birləşmələri və rəsmi adlandırmalarda kalka yolu ilə formalaşan sintaktik konstruksiyalar daha geniş yayılmışdır. “имени/атындағы” (imeni/atındağı), “по/jönindegi” (no/jönindegi), “при/janındağı”(pri/yanındağı) kimi modellər bu təsirin əsas göstəricilərindəndir. Bu konstruksiyalar bir tərəfdən dilin ifadə imkanlarını genişləndirsə də, digər tərəfdən bir çox hallarda milli sintaktik strukturun təbiiliyinə mənfi təsir göstərmişdir.

Nəticə etibarilə, rus dilinin təsiri qazax dilinin sintaktik sistemində həm dəyişikliklərə, həm də paralel struktur formalarının yaranmasına səbəb olmuşdur. Bu prosesin öyrənilməsi müasir türk dillərində dil əlaqələrinin daha dərindən anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Açar sözlər: qazax dili, rus dili, sintaktik təsir, kalka, söz birləşməsi 

 

 

 


Baxış: 4