Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/100-103

Hüseyn Nağızadə

Qərbi Kaspi Universiteti

magistrant

https://orcid.org/0009-0001-4867-0623

iamhuseyn02@gmail.com

 

Rusiyada 1917-ci il Oktyabr çevrilişi və onun Azərbaycanın

siyasi arenasına təsiri

 

Xülasə

 

1917-ci il Rusiya İnqilabı, fevral və oktyabr hadisələri ilə imperiyanın siyasi quruluşunu kökündən dəyişdi. Fevral inqilabı nəticəsində çar II Nikolay devrildi və müvəqqəti hökumət quruldu. Lakin bu hökumət ölkədəki iqtisadi və sosial problemləri həll edə bilmədiyindən, bolşeviklərin rəhbərlik etdiyi Oktyabr İnqilabı baş verdi və Sovet hakimiyyəti formalaşdı. İnqilabın başlıca səbəbləri arasında Rusiyanın Birinci Dünya Müharibəsində ağır məğlubiyyətləri, iqtisadi tənəzzül, ərzaq və yanacaq qıtlığı, kəndlilərin torpaq tələbi və fəhlələrin ağır əmək şəraiti yer alırdı. Müvəqqəti hökumət bu problemləri aradan qaldıra bilmədiyi üçün bolşeviklər "Bütün hakimiyyət Sovetlərə!" şüarı ilə siyasi üstünlük qazandılar. İnqilabın nəticəsi olaraq Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) quruldu və sosialist ideologiyası rəsmi dövlət siyasətinə çevrildi. Yeni iqtisadi model tətbiq olundu, torpaq kollektivləşdirildi və sənaye dövlət nəzarətinə keçdi. Lakin bu dəyişikliklər uzunmüddətli siyasi repressiyalar və iqtisadi çətinliklərlə müşayiət olundu. Dünya tarixi baxımından Rusiya İnqilabı sosialist hərəkatların güclənməsinə və Qərblə Sovetlər arasında ideoloji qarşıdurmanın başlamasına səbəb oldu. İnqilabın təsirləri 1991-ci ilə qədər davam edən Sovet hakimiyyəti ilə dünya siyasətində mühüm rol oynadı. Məqaləmizdə 1917-ci ildə Rusiyada baş verən Oktyabr çevrilişi və onun Azərbaycanın siyasi arenasına nə kimi təsirlərinin olduğu barədə analiz, təhlil və müqayisə metodlarından istifadə edilməklə tədqiq edilmişdir.

Açar sözlər: Oktyabr çevrilişi, bolşeviklər, Sovet hakimiyyəti, iqtisadi çətinliklər, sosialist ideologiyası


Baxış: 515