Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Ş.Monteskye və C.Lokkun klassik hakimiyyət

bölgüsü nəzəriyyəsi

 

Mətin Qarayev

 

Xülasə. Hakimiyyət bölgüsü nəzəriyyəsi müasir konstitusional dövlətçilik sisteminin əsas sütunlarından biri hesab olunur. Bu nəzəriyyə hakimiyyətin bir mərkəzdə cəmlənməsinin qarşısını almaq, dövlət idarəçiliyində balans və nəzarət mexanizmləri yaratmaq məqsədi daşıyır. Hakimiyyət bölgüsünün klassik modelinin formalaşmasında əsas rol oynayan filosoflardan biri Con Lokk, digəri isə Şarl Lui Monteskye olmuşdur. Lokk hakimiyyət bölgüsü ideyasını liberal təbii hüquq fəlsəfəsi kontekstində irəli sürmüş və qanunverici, icraedici və federativ hakimiyyət anlayışlarını fərqləndirmişdir. Monteskye isə bu konsepsiyanı daha sistemli formada inkişaf etdirərək qanunverici, icraedici və məhkəmə hakimiyyətinin ayrılığını əsaslandırmışdır. Məqalədə Lokkun hakimiyyət bölgüsü nəzəriyyəsinin tarixi əsasları, Monteskye tərəfindən bu nəzəriyyənin klassik modelə çevrilməsi və hər iki yanaşmanın müqayisəli təhlili aparılır. Eyni zamanda, hakimiyyət bölgüsünün müasir demokratik sistemlərdə rolu, tətbiq mexanizmləri və bəzi praktik problemləri də araşdırılır. Göstərilmişdir ki, Lokkun ideyaları nəzəri başlanğıc rolunu oynasa da, Monteskye bu ideyaları hüquqi-siyasi modelə çevirərək klassik hakimiyyət bölgüsü konsepsiyasının əsas müəllifi kimi çıxış etmişdir.

 

Açar sözlər: hakimiyyət bölgüsü, konstitusionalizm, qanunverici hakimiyyət, məhkəmə hakimiyyəti, klassik model

 

 


Baxış: 4