Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/53/141-145

Əfsanə Qaragözlü

Bakı Qızlar Universiteti

magistrant

https://orcid.org/0009-0001-5557-7734

efsaneqaragozlu@gmail.com

 

Şagirdlərdə milli-mənəvi dəyərlərin formalaşmasında

əsas pedaqoji istiqamətlər 

Xülasə 

Araşdırma göstərir ki, şagirdlərdə milli-mənəvi dəyərlərin formalaşdırılması müasir təhsil sisteminin əsas pedaqoji prioritet problemlərindən biridir. Bu prosesin effektivliyi müəllimin peşəkarlığı, pedaqoji mədəniyyəti, şəxsi nümunəsi və tətbiq olunan tərbiyə texnologiyalarından birbaşa asılıdır. Araşdırmanın məqsədi şagirdlərdə milli-mənəvi dəyərlərin formalaşmasına təsir edən əsas pedaqoji istiqamətləri müəyyənləşdirmək, bu istiqamətlərin təhsildə tətbiq mexanizmlərini təhlil etmək və müəllimlərin fəaliyyəti üçün səmərəli tərbiyə metodları hazırlamaqdan ibarətdir. Araşdırmalar göstərir ki, müəllim fəaliyyətinin səmərəliliyi ilk növbədə pedaqoji və peşəkar istiqamətlərin düzgün müəyyənləşdirilib tətbiq olunmasından asılıdır.

Açar sözlər: şagird, milli-mənəvi dəyərlər, pedaqoji istiqamətlər, tərbiyə, müəllim fəaliyyəti, vətənpərvərlik, təhsil sistemi

 

 



Baxış: 62