Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/43/86-90

Nərmin İmanova

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

magistrant

https://orcid.org/0009-0005-1240-7670

imanovanermin434@gmail.com

 

Şamaxı cümə məscidi: tarixlə sənətin qovuşduğu yer

 

Xülasə

Məqalədə Azərbaycanın mədəni və mənəvi irsinin ən gözəl incilərindən biri olan Şamaxı Cümə məscidinin keçdiyi zəngin tarixi dövr, onun memarlıq xüsusiyyətləri əks olunmuşdur. Məqalə, Şamaxı Cümə məscidini yalnız dini ibadətgah kimi deyil, Azərbaycan xalqının tarixini, mədəni irsini və sənətinin canlı simvolu kimi təqdim edir. Şamaxı tarix boyu Azərbaycanın tolerant bölgələrindən biri kimi tanınıb. Burada müxtəlif dinlər, təriqətlər və məzhəblər fəaliyyət göstərmişdir. Cümə məscidi şəhərin tolerantlıq ənənələrinin qədimliyini göstərən bariz nümunələrdən biridir. VIII əsrdə inşa edilən bu məscid tarix boyu zəlzələ, hücumlar, yanğınlara məruz qalmış və dəfələrlə bərpa edilmişdir. Abidə Şirvan-Abşeron memarlıq üslubunun ənənələrinə əsasən, əhəng daşı ilə tikilmişdir. Məscidin ilkin strukturu saxlanılmaqla müxtəlif illərdə görkəmli Azərbaycan memarı Zivər bəy Əhmədbəyov və polşalı memar İosif Kasperoviç Ploşkonun rəhbərliyi ilə yenidənqurma işləri aparılmışdır. Tikilinin sonuncu restavrasiyası 2013-cü ildə tamamlanmış, zəlzələyə qarşı davamlı olması üçün bünövrəsi 1 metr dərinliyində beton konstruksiyalarla möhkəmləndirilmişdir. Beləliklə, bu əzəmətli tikiliyə yeni həyat verilmişdir. Şamaxı Cümə məscidində mövcud olan 3 mevhər onu dünyada unikal edir. 

Açar sözlər: Şamaxı, tikili, bərpa, memar, islam, Azərbaycan, cümə, zəlzələ, məscid


Baxış: 90