DOI: https://doi.org/10.36719/2663-4619/113/237-243
Tahir Gözəlov
Bakı, Azərbaycan
https://orcid.org/0009-0004-2137-4420
tahir.g380@gmail.com
SARS-CoV-2 (Covid 19) virusuna yoluxmuş şəxslərdə ağız
boşluğunda baş verən dəyişikliklər
Xülasə
2019cu ildən başlayan və hələ də davam edən Covid 19 (Sars-Cov-2) pandemiyası indiyə qədər 7 milyona yaxın insanın həyatına son qoyub. Ümumilikdə isə virusa yoluxanların sayı 650 milyondan çoxdur. Qısa müddətdə sürətlə yayılan virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 12 mart 2020 ci ildən etibarən pandemiya elan edilib. Xəstəliyin müxtəlif insan papulyasiyaları arasında fərqli-fərqli simptomlarına rastlanılıb. Bu məqalədə biz güncəl istinadlara əsasən Covid 19 (Sars-Cov-2) virusuna yoluxmuş şəxslərdə ağız boşluğunda müşahidə olunan simptomları araşdırdıq. Məqalədə PubMed kitabxanası və Google Scholardakı jurnallar da daxil olmaqla 25-dən çox akademik məqalədən, güncəl statistik məlumatlardan və müayinə etdiyimiz xəstələr arasında keçirdiyimiz sorğu məlumatlarından istifadə olunub.
Açar sözlər: Covid 19 pandemiyası, oral mukoza, disgevziya, xora, qlossit