Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/161-164

Çimnaz Hüseynova

Azərbayan Dövlət İqtisad Universiteti

magistrant

https://orcid.org/0009-0008-3997-3826

chimnazh00@gmail.com

 

Səhmlərə qoyulan investisiyalar üzrə risklərin statistik metodlarla qiymətləndirilməsi üsulları

 

Xülasə

 

İnvestisiya qərarlarının qəbul edilməsində risklərin düzgün qiymətləndirilməsi vacib əhəmiyyət kəsb edir, xüsusilə səhmlərə qoyulan investisiyalar yüksək gəlir potensialı ilə yanaşı, əhəmiyyətli risklər də daşıyır. Bu araşdırma, səhmlərin risklərini qiymətləndirmək üçün istifadə olunan əsas statistik metodları – standart kənarlaşma, varians analizi, beta əmsalı və Value-at-Risk (VaR) metodlarını barədə məlumatlar təqdim edir. Bu metodlar, səhmlərin qiymət dəyişkənliyini ölçmək və bazar riskini təhlil etmək üçün investorlar üçün vacib alətlərdir. Risklərin düzgün qiymətləndirilməsi, investorların daha məlumatlı və strateji qərarlar qəbul etmələrini təmin edir, sərmayələrin qorunması və optimallaşdırılması üçün imkanlar yaradır. Hər bir metodun tətbiqi, investorların riskləri effektiv şəkildə idarə etməsinə və sərmayələrini minimum itki ilə qorumasına kömək edir.

Açar sözlər: səhm, investisiya, statistik metodlar, risklər, qiymətləndirmə


Baxış: 58