https://doi.org/10.36719/2789-6919/43/135-139
Ülviyyə Göyüşova
AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu
dissertant
https://orcid.org/0000-0002-3646-4937
kadaseva.ulviyyee@gmail.com
Şəkillərin əyriləri identifikasiya etməklə müqayisə edilməsi üsulu
Xülasə
Tədqiqat işi müxtəlif vaxtlarda çəkilmiş şəkillərin müqayisəsinə həsr olunmuşdur. Müqayisə metodu kimi obyektlərin şəkillərdən əyri kimi identifikasiyası və əyrilərə xas olan parametrlərin müqayisə edilməsi təklif olunur. Müqayisə parametri kimi əyrilərin uzunluğu və onların müxtəlif nöqtələrdə əyrilikləri seçilir. Əvvəlcədən çəkilmiş şəkillərdən obyektlər B-Spline modeli vasitəsilə əyri kimi identifikasiya edilir, seçilmiş müqayisə parametrləri tapılaraq .txt fayllarında saxlanılır. Daha sonra əldə edilən şəkillərdən aşkar olunan parametrlər saxlanılan dəyərlərlə müqayisə edilir.
Əsasən PUA (pilotsuz uçuş aparatı) şəkillərinin müqayisəsi üçün nəzərdə tutulan bu alqoritm Python proqramlaşdırma dilində modelləşdirilmiş və şəkillər əsasında dolanbac yolların əyri kimi identifikasiyası üçün alqoritm hazırlanmışdır. Bunun üçün OpenCV, SciPy, NumPy kitabxanalarından istifadə edilmişdir.
Təklif olunan alqoritm müxtəlif obyektlərin, hissələrin və əyrilərin şəkillərdən identifikasiyası üçün istifadə oluna bilər. PUA əsasən şəkillərin müqayisəsi yolu ilə naviqasiya üçün nəzərdə tutulsa da, onu üz tanıma, ərazi müşahidəsi və tibbi görüntülərin müqayisəsi kimi məsələlərə də tətbiq etmək mümkündür.
Açar sözlər: şəkil müqayisəsi, əyri aşkarlama, obyekt aşkarlama, identifikasiya, şəkil emalı