DOI: https://doi.org/10.36719/2706-6185/59/233-239
Hüseyn Abdullazadə
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0003-5428-2672
huseynabdullayev1996@gmail.com
Səmərəli bank nəzarəti sisteminin modelləşdirilməsi imkanları
Xülasə
Bu tədqiqat bank nəzarəti sisteminin modelləşdirilməsinin səmərəliliyinin araşdırılmasına həsr olunmuşdur. Müasir bankçılıq mühitində maliyyə sabitliyinin qorunması, sistem risklərinin vaxtında müəyyən edilməsi və prudensial qərarların elmi əsaslarla qəbul edilməsi bank nəzarətinin əsas prioritetlərindən hesab olunur. Bu baxımdan modelləşdirmə nəzarət fəaliyyətində mühüm analitik alət kimi çıxış edir və bank sektorunda risklərin dinamikasını qabaqcadan qiymətləndirməyə imkan verir. Araşdırmada modelləşdirmənin bank nəzarətində tətbiq istiqamətləri, o cümlədən stress-testlər, makroprudensial monitorinq mexanizmləri və riskəsaslı nəzarət yanaşmaları nəzəri aspektdən təhlil edilmişdir. Eyni zamanda modelləşdirmənin səmərəliliyinin qiymətləndirilməsində proqnozlaşdırma qabiliyyəti, erkən xəbərdarlıq funksiyası, qərarvermə prosesinə inteqrasiya səviyyəsi, adaptasiya imkanları və izah edilə bilmə xüsusiyyətləri kimi əsas meyarlar müəyyənləşdirilmişdir. Nəticə etibarilə tədqiqat göstərir ki, modelləşdirmənin bank nəzarəti sistemində daha geniş tətbiqi maliyyə sabitliyinin möhkəmləndirilməsinə, nəzarət mexanizmlərinin çevikliyinin artırılmasına və risklərin preventiv idarə olunmasına əhəmiyyətli töhfə verə bilər.
Açar sözlər: bank nəzarəti, modelləşdirmə, maliyyə sabitliyi, riskəsaslı nəzarət, stress-test