DOI: https://doi.org/10.36719/2663-4619/126/57-61
Aytən İbrahimzadə
Azərbaycan Dövlət Pedoqaji Universiteti
magistrant
https://orcid.org/0009-0004-1961-6347
ibrahimzadaytan@gmail.com
Səriştə əsaslı öyrənmədə müəllimlərin sertifikasiyasının rolu
Xülasə
Azərbaycanda müəllimlərin səriştə əsaslı təlimə hazırlanması müasir təhsil islahatlarının əsas və ardıcıl şəkildə aparılan prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu istiqamətdə görülən işlər hüquqi-normativ baza ilə yanaşı, praktik yönümlü hazırlıq mexanizmləri əsasında ardıcıl şəkildə həyata keçirilir. Təhsilin inkişafı üzrə Dövlət Strategiyası və yenilənmiş Ümumi Təhsil Kurikulumu müəllimin peşə fəaliyyətinə dair gözləntiləri xeyli yüksəltmiş, pedaqoji bacarıqlarla yanaşı rəqəmsal kompetensiyaların və kurikulum əsaslı dərs planlaşdırmasının formalaşdırılmasını zəruri etmişdir.
Ali təhsil müəssisələrində bakalavr dərəcəsi üzrə müəllim hazırlığı prosesi səriştə yönümlü model əsasında yenidən təşkil olunur, praktik dərslərin və pedaqoji təcrübənin həcmi genişləndirilir. Hazırda fəaliyyət göstərən məktəb müəllimlərinin peşəkar inkişafı isə Təhsil İnstitutu və regional inkişaf strukturları tərəfindən davamlı şəkildə dəstəklənir. Azərbaycanda müəllimlərin sertifikasiya prosesi onların bilik və bacarıqlarının qiymətləndirilməsini təmin etməklə yanaşı, müəllimlərin peşəkar inkişafının təşviqində mühüm rol oynayan mexanizm kimi çıxış edir. Məqalədə Azərbaycanda səriştə əsaslı müəllim hazırlanması təcrübəsi bəzi ölkələr — Finlandiya, İngiltərə, Sinqapur və ABŞ-da tətbiq olunan sertifikasiya modelləri ilə müqayisəli şəkildə araşdırılır.
Açar sözlər: islahat, səriştə, bacarıq, fəaliyyət, inkişaf