DOI: https://doi.org/10.36719/2706-6185/53/81-86
Fərqanə Əliyeva
Bakı Dövlət Universiteti
dissertant
https://orcid.org/0009-0001-1030-8776
farka85@gmail.com
Şərq şair və mütəfəkkirlərinin bədii əsərlərində
hökmdar obrazları
Xülasə
Bu məqalədə “Ali ağıl” anlayışı utopik dövlət quruluşunun idarə olunmasında təşkilati prinsip kimi araşdırılır. İdeal anlayışı və ideal hökmdar obrazı qədimdən bəri siyasi, sosial və fəlsəfi-estetik çərçivələrdə nəzərdən keçirilmişdir. Tədqiq olunan məsələ hər bir xalqın dünyagörüşünün və etno-mədəniyyətinin spesifikliyini müəyyənləşdirir.
Orta əsr ərəb fəlsəfəsi İslamla sıx şəkildə qovuşaraq ərəb-müsəlman fəlsəfəsinin meydana çıxmasına səbəb olmuşdur. Zəhmət tələb edən geniş fəaliyyət nəticəsində antik dünyanın irsi diqqətlə öyrənilmiş və islamlaşdırılmışdır. Həmin dövrün ictimai düşüncəsi tədricən insanın yaradılış səbəbinin müəyyənləşdirilməsi və ədalətli hökmdar modelinin formalaşdırılması ilə bağlı fəlsəfi-ictimai ideyalar əsasında inkişaf etməyə başlamışdır.
Açar sözlər: “Ali ağıl”, “insanül-kamil”, qədim dünya, utopik dövlət, Fərhad, Gündoğdu, Atoldı, Ögdülmiş, Şu Xaqan, Nüşabə, İsgəndər Makedoniyalı (Zülqarneyn), mənəvi-mədəni dəyərlər, Şərq, Qərb