Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Şərqdə sabitlik axtarışı: Helmut Kol Kanslerliyi dövründə Almaniyanın Rusiya strategiyası və Avro-Atlantika Təhlükəsizlik Sistemində yeni arxitektura (1991–1998)

 

Cavid Məmmədli

 

Xülasə. Bu məqalə Helmut Kol kanslerliyi dövründə (1991–1998) Almaniyanın Rusiya siyasətini Avro-Atlantik təhlükəsizlik sisteminin formalaşması kontekstində təhlil edir. Soyuq müharibənin başa çatması və SSRİ-nin dağılması ilə Avropa təhlükəsizlik arxitekturasında meydana çıxan yeni reallıqlar Berlin üçün həm strateji imkanlar, həm də risklər yaratdı. H.Kol hökuməti Rusiyanı Avropada davamlı sülhün təmin olunması baxımından əsas geosiyasi aktor kimi qəbul edir və Rusiya ilə konstruktiv tərəfdaşlığın qorunmasını Almaniyanın milli və kollektiv təhlükəsizlik maraqlarının tərkib hissəsi hesab edirdi. NATO-nun genişlənməsi məsələsi Almaniya-Rusiya münasibətlərində ən həssas mövzulardan biri olmuş, Almaniya həm Rusiya ilə dialoqu qorumağa, həm də Şərqi Avropanın təhlükəsizlik tələblərini qarşılamağa çalışmışdır. Məqalədə NATO–Rusiya Əməkdaşlıq Aktının imzalanması, Balkan münaqişələri və Rusiya daxilində siyasi qeyri-sabitlik kimi faktorların Kolun strategiyasına təsiri geniş şəkildə şərh edilir. Tədqiqat göstərir ki, H. Kolun Rusiya siyasəti Avropa təhlükəsizliyinin balanslaşdırılmış modelinə əsaslanırdı: nə Rusiyanın təcridi, nə də onun həddindən artıq güclənməsi AFR üçün məqbul hesab olunurdu. Bununla belə, Rusiyanın daxili siyasi qeyri-sabitliyi, NATO genişlənməsi səbəbindən artan etimadsızlıq və enerji asılılığının dərinləşməsi H.Kolun strategiyasının tam həyata keçməsinə mane oldu. Məqalə nəticə olaraq göstərir ki, H.Kol dövrü Almaniya–Rusiya münasibətlərinin müasir mərhələsinin əsas çərçivələrini formalaşdırmışdır.

 

Açar sözlər: Helmut Kol, Almaniya xarici siyasəti, Avro-Atlantik təhlükəsizlik sistemi, NATO genişlənməsi, Almaniya–Rusiya münasibətləri, postsovet məkanı, Avropa təhlükəsizliyi

 


Baxış: 47