Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/59/216-221 

Ayxan Alıbəyli

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

https://orcid.org/0009-0002-7391-9723

 ayxanaleev00@gmail.com

 

Şərqi Avropada sosialist iqtisadiyyatlarinin çöküşünün nəticələri

 

Xülasə

 

Bu məqalədə Şərqi Avropada sosialist iqtisadi sisteminin dağılmasının iqtisadi, sosial və institusional nəticələri təhlil edilir. 1989-1991-ci illərdə baş verən siyasi transformasiyalar nəticəsində region ölkələri planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid mərhələsinə qədəm qoymuşdur. Tədqiqatın əsas məqsədi bu keçidin iqtisadi struktur, istehsal sistemi, məşğulluq səviyyəsi və beynəlxalq iqtisadi inteqrasiyaya təsirini araşdırmaqdır. Məqalədə keçid iqtisadiyyatlarının birinci mərhələsində baş verən istehsalın azalması, inflyasiyanın artması və sosial rifahın müvəqqəti zəifləməsi kimi problemlər təhlil edilir. Eyni zamanda özəlləşdirmə prosesləri, institusional islahatlar və xarici investisiyaların cəlb edilməsi nəticəsində uzunmüddətli perspektivdə formalaşan yeni iqtisadi model də qiymətləndirilir. Tədqiqat göstərir ki, sosialist sisteminin süqutu qısa müddətdə iqtisadi qeyri-sabitlik yaratsa da, uzun müddətdə bir çox Şərqi Avropa ölkələrinin qlobal iqtisadi sistemə inteqrasiyasını və bazar institutlarının formalaşmasını sürətləndirib.

Açar sözlər: sosialist iqtisadiyyatı, keçid iqtisadiyyatı, Şərqi Avropa, bazar iqtisadiyyatı

 


Baxış: 4