Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/127/223-229

Xıdır İbişov

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universteti

Bakı, Azərbaycan

magistrant

khidiribishov@gmail.com

 

Səssiz kino dövründə komediyanın formalaşması:

Lümyerlərdən Çaplinə

 

Xülasə

 

Bu məqalədə komediya anlayışı qısa olaraq tarixi-mədəni kontekst daxilində nəzərdən keçirildikdən sonra diqqət əsasən səssiz kino dövründə komediyanın formalaşma prosesinə yönəldilir. Komediyanın ilkin olaraq kollektiv gülüş və ictimai davranışların tənzimlənməsi funksiyası daşıdığı göstərilir və kino sənətinin yaranması ilə bu funksiyanın vizual ifadə müstəvisinə keçidi araşdırılır. Slapstik komediyanın formalaşmasında Lümyer qardaşlarının “İslanmış bağban” filmi nümunə kimi təhlil olunur, ardından Pate şirkətinin fəaliyyətinə və erkən kino sənayesində rəqabət dinamikasına diqqət yetirilir. Məqalədə Maxs Linder, Çarli Çaplin, Baster Kiton və Harold Lloyd kimi komediya ustalarının yaradıcılıqları səssiz kino estetikasının müxtəlif istiqamətlərini təmsil edən mühüm mərhələlər kimi dəyərləndirilir. Nəticə olaraq müəyyən edilir ki, komediyanın ilk illəri kino dilinin formalaşmasında fundamental rol oynamış, vizual ifadə, bədən dramaturgiyası və sosial məna qatlarının inkişafına şərait yaratmışdır. Bu tarixi mənzərə komediyanın mahiyyəti və komik situasiyanın nəzəri əsasları mövzusuna keçid üçün zəmin təşkil edir.

Açar sözlər: komediya tarixi, səssiz kino, slapstik, Maxs Linder, Çarli Çaplin, Baster Kiton, Harold Lloyd, kino dili, vizual komediya

 

 


Baxış: 207