Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/49/17-21

Vüsalə Qaziyeva

Bakı Slavyan Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0002-0484-676X

vusalagaziyeva73@gmail.ru

 

Şəxsiyyət problemi ədəbi prosesdə

 

Xülasə

 

Məqalə şəxsiyyət probleminin fəlsəfi, estetik və poetik aspektlərini tarixi inkişaf kontekstində araşdırır. Şəxsiyyət kateqoriyası yalnız müəyyən mərhələlərdə formalaşmış və ilk dəfə İntibah döv­ründə aydın ifadə olunmuşdur. Antik və Orta əsrlərdə insan kosmik və ilahi qüvvələrin tərkib hissəsi kimi qəbul edilirdi, şəxsiyyət və azad iradə anlayışları məhdud idi. İntibah dövründə isə insan özünü yaradıcı, müstəqil varlıq kimi dərk etməyə başladı, azadlıq və iradə məsələləri fəlsəfi və ədəbi müs­təvidə ön plana çıxdı. Nizami Gəncəvi, İmadəddin Nəsimi və Vilyam Şekspir kimi böyük şəxsiy­yətlər insanın azad iradəsi və məsuliyyəti mövzusunu dərinliklə araşdırmışlar. İntibahdan başlayan şəxsiyyətin suverenliyi, insanın Tanrı ilə münasibəti və öz taleyinə cavabdehliyi kimi məsələlər ədə­bi və fəlsəfi düşüncədə əsas mövzu olmuşdur. Barokko, klassisizm dövrlərində insanın təbiəti və sərhədləri yenidən nəzərdən keçirilmiş, romantizm isə şəxsiyyətin tam azadlığını və müstəqilliyini bəyan etmişdir. Romantizm dövründə şəxsiyyət ilahi və təbiət qüvvələrindən azad, öz varlığının mərkəzi və ilkin səbəbi kimi qəbul edilir. Məqalə göstərir ki, şəxsiyyət və azad iradə problemi insan düşüncəsində davamlı inkişaf etmiş, müxtəlif mədəniyyət və dövrlərdə fərqli aspektlərdə təzahür etmişdir.

Açar sözlər: ədəbiyyat, İntibah, romantizm, şəxsiyyət, azad iradə


Baxış: 381