Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/63/71-77

 

Şəxsiyyətin adaptiv və dezadaptiv davranış dinamikası: kontingentlik və subyektiv reallığın qarşılıqlı təsirinin psixofəlsəfi aspektləri

 

Dilqəm Məmmədov Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Məqalədə şəxsiyyətin adaptiv və dezadaptiv davranışları arasındakı sərhədin ənənəvi kateqorial qurulmasının nəzəri məhdudiyyətləri təhlil olunur. Müasir şəxsiyyət psixologiyasında davranışın situasiyalararası dəyişkənliyinə dair empirik məlumatlar göstərir ki, eyni davranış aktı müxtəlif kontekstlərdə həm adaptiv, həm də dezadaptiv funksiya daşıya bilər. Bu isə adaptivliyin aktın özünə deyil, akt, situasiya və zaman miqyası arasındakı münasibətə aid xüsusiyyət olduğunu göstərir. Tədqiqatın mərkəzi anlayışı olan kontingentlik davranış dəyişkənliyinin situasiyaya sistemli şəkildə bağlı olub-olmamasını ifadə edir və bu anlayış həm sadə dəyişkənlikdən, həm də çeviklik anlayışından fərqləndirilir. Məqalənin əsas müddəası ondan ibarətdir ki, kontingentlik obyektiv situasiyaya deyil, subyektin situasiyanı necə mənalandırmasına, yəni subyektiv reallığa bağlıdır. Bu mövqe iki ölçülü qiymətləndirmə modelini zəruri edir: davranışın daxili ardıcıllığı və subyektiv modelin xarici gerçəkliyə uyğunluğu. Həmçinin adaptiv tələ fenomeni, qısamüddətli tənzimləmə ilə uzunmüddətli inkişaf arasındakı zaman asimmetriyası və qeyri-müəyyənliyin idarə olunması məsələsi nəzərdən keçirilir. Nəzəri təhlil və konseptual sintez metodları ilə aparılan araşdırma adaptivlik normasının substansial deyil, münasibətə əsaslanan xarakter daşıdığını əsaslandırır, sonda isə həmin çərçivənin empirik ölçülmə imkanları və yoxlanıla bilən nəticələri müzakirə olunur.

 

Açar sözlər: adaptiv davranış, dezadaptiv davranış, kontingentlik, subyektiv reallıq, şəxsiyyət dinamikası, özünütənzimləmə, situasiyanın qavranılması

 


Baxış: 3