Şəxssiz konstruksiyaların koqnitiv, diskursiv və
valentlik xüsusiyyətləri
Xülasə. Bu məqalədə şəxssiz konstruksiyalar koqnitiv dilçilik, diskurs təhlili və valentlik nəzəriyyəsi çərçivəsində araşdırılır. Tədqiqatın əsas məqsədi şəxssiz konstruksiyaların yalnız sintaktik reduksiya kimi deyil, semantik iştirakçıların diskurs daxilində yenidən profilləşdirilməsi kimi izah edilməsinin daha adekvat olduğunu göstərməkdir. Məqalədə A-, T- və R-şəxssizlərin funksional-semantik xüsusiyyətləri, eləcə də MAN-impersonals və 3PL-impersonals arasında diskursiv və referensial fərqlər təhlil edilir. Xüsusi diqqət deyksis, kohezivlik, anaforik əlaqələr və tematik proqressiyanın şəxssiz konstruksiyaların interpretasiyasına təsirinə yönəldilir. İki ədəbi mikromətnin təhlili göstərir ki, sintaktik səviyyədə agent və ya digər aktantlar görünməsə də, onların koqnitiv izləri qorunur və situasiyanın konseptual modeli tam qalır. Bu baxımdan şəxssiz konstruksiyalar “valentliyin sıfırlanması” deyil, “valentliyin yenidən profilləşdirilməsi” kimi dəyərləndirilir. Nəticədə müəyyən olunur ki, şəxssiz konstruksiyalar diskurs daxilində informasiya bölgüsünü, perspektiv seçimini və emosional məsafələndirməni tənzimləyən mühüm vasitələrdir və dilin həm koqnitiv, həm də funksional təbiətini əks etdirir.
Açar sözlər: şəxssiz konstruksiyalar, valentlik, diskurs təhlili, koqnitiv dilçilik, deyksis, referensiallıq, agentivlik